Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 10/19/2026

Paylaşın

İdman

Azərbaycan ağırlıqqaldıranı Rahilə Hüseynzadə Avropa birinciliyində 3 medal qazanıb

Azərbaycan ağırlıqqaldıranı Rahilə Hüseynzadə Albaniyanın Dürres şəhərində keçirilən U-23 və gənclərin Avropa birinciliyində 2 gümüş və 1 bürünc medal qazanıb.

Bu barədə Baki-baku.az-a Azərbaycan Ağırlıqqaldırma Federasiyasından məlumat verilib.

86 kq çəki dərəcəsində yarışan təmsilçimiz birdən qaldırma hərəkətində 94 kq çəkinin öhdəsindən gələrək ikinci olub. O, təkanla qaldırmada bürünc medala yiyələnib. İdmançı bu dəfə 115 kq nəticə göstərib. Beləliklə, 2 hərəkətin cəmində 209 kq nəticəyə imza atan atlet Avropa birinciliyinin gümüş medalına yiyələnib.

İdmançıların mükafatlandırma mərasimində AAF-nin vitse-prezidenti Firdovsi Umudov da iştirak edib.

Qeyd edək ki, baş məşqçi Sərdar Həsənov və böyük məşqçi Asif Məmmədovun rəhbərliyi altında Avropa birinciliyinə yollanan hər 3 idmançımız yarışı medallarla başa vurub. Buna qədər “körpücük” üzərinə çıxan Fuad Həsənov və Qasım İsmayılov da hərəyə 3 medal qazanmışdıılar

Beləliklə, Azərbaycan atletləri qitəmiqyaslı yarışda ümumilikdə 9 medal əldə ediblər.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Baki-baku.az xəbər verir ki, kitabxananın Ölkəşünaslıq və Milli ədəbiyyatın təbliği şöbəsi tərəfindən Azərbaycanın dövlətçilik ənənələrini, milli kimliyini, tarixi-mədəni

Ən son

GÜNDƏM

Baki-baku.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

GÜNDƏM

Baki-baku.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin