Təyyarəyə minəndə heç fikir vermisinizmi ki, pəncərələrin hamısı oval formadadır? İlk baxışdan adi dizayn seçimi kimi görünən bu detalın arxasında əslində faciələrlə dolu bir tarix dayanır.
Baki-baku.az bu sualın cavabını aviasiya tarixində axtarır. İlk reaktiv sərnişin təyyarələrindən bəzilərinin pəncərələri kvadrata yaxın formada hazırlanırdı. Lakin 1950-ci illərdə Britaniyanın “de Havilland Comet” təyyarələrinin qəzaları bu konstruksiyanın təhlükəli tərəflərini üzə çıxardı.
Məsələ ondadır ki, təyyarə yüksəyə qalxdıqca salonla çöldəki hava arasında təzyiq fərqi yaranır. Kvadrat pəncərələrin künclərində gərginlik daha çox toplanır. Təkrar uçuşlar zamanı bu, metalda çatların yaranmasına səbəb ola bilər.
Oval pəncərələrdə isə gərginlik daha bərabər paylanır və təyyarənin gövdəsi daha davamlı olur.
Beləliklə, bu gün buludları seyr etdiyimiz oval pəncərələr sadəcə gözəl görünmək üçün deyil, təhlükəsizliyimiz üçün hazırlanıb.
Hacı Cavadov