Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺
Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 01/27/2025

Paylaşın

GÜNDƏM

AMEA-nın Qafqazşünaslıq İnstitutu ləğv edilib

3028aa10-c9fd-473c-9cb3-4475b4670985

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Qafqazşünaslıq İnstitutunun ləğvi barədə qərar qəbul edilib.
Baki-baku.az Oxu.Az-a istinadən xəbər verir ki, müvafiq qərar bir neçə gün əvvəl AMEA-nın Rəyasət Heyəti tərəfindən verilib.
Bildirilib ki, Rəyasət Heyəti AMEA-nın cəmi 18 nəfər elmi işçidən ibarət olan Qafqazşünaslıq İnstitutunun saxlanılmasını məqsədəmüvafiq hesab etməyib və onun fəaliyyətinə xitam verilməsi haqqında qərar qəbul edilib.
“İnstitutun Qafqaz tarixi ilə əlaqədar şöbələrinin əməkdaşları Tarix və Etnologiya İnstitutunda, siyasi elmlərə aid olan əməkdaşları isə Fəlsəfə və Sosiologiya İnstitutunda yaradılan bu sahələrə aid genişləndirilmiş yeni şöbələrdə elmi tədqiqat işlərini daha əhatəli şəkildə davam etdirəcəklər”, – deyə AMEA-dan verilən açıqlamada bildirilib.
Xatırladaq ki, Qafqazşünaslıq İnstitutu 29 aprel 2015-ci il tarixində AMEA-nın ümumi yığıncağının qərarına əsasən yaradılmışdı. Qafqazşünaslıq İnstitutunun ilk direktoru Milli Məclisin deputatı, professor Musa Qasımlı olub. O, 2015-2024-cü illərdə həmin vəzifədə çalışıb.
Qafqazşünaslıq İnstitutunun sonuncu rəhbəri siyasi elmlər doktoru Ramilə Dadaşovadır. O, 2024-cü il oktyabrın 21-də AMEA Rəyasət Heyətinin qərarına əsasən, Qafqazşünaslıq İnstitutunun direktor vəzifəsini icra edən təyin edilib.

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bugünkü dünyada seriallar yalnız əyləncə deyil, həm də mədəniyyətin bir hissəsinə çevrilib.
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin