Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 01/15/2026

Paylaşın

GÜNDƏM

Sabah Bakıda hava yağmursuz keçəcək

Azərbaycanda yanvarın 16-da havanın yağmursuz keçəcəyi gözlənilir.
Baki-baku.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-qərb küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 1° şaxtadan 3°-dək isti, gündüz 6-10° isti olacaq. Atmosfer təzyiqi 767 mm civə sütunu, nisbi rütubət gecə 75-80 %, gündüz 55-65 % təşkil edəcək.
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 3° şaxtadan 2°-dək isti, gündüz 6-11° isti, dağlarda gecə 5-10° şaxta, yüksək dağlıq ərazilərdə 15-20° şaxta, gündüz 2-5° şaxta olacaq.
Gecə və səhər bəzi dağlıq ərazilərdə yollar buz bağlayacağı ehtimalı var.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Yetkinliyə doğru irəliləyərkən ilk dəfə ciddi-cəhdlə düşündüm: bu qəhrəmanların sevgisi əslində necə olub?

Ən son

GÜNDƏM

Son zamanlar sosial şəbəkələrdə Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfatı Birliyinin (XTMKTB) əməkdaşlarının Biləcəri qəsəbəsi, Y.

GÜNDƏM

Son zamanlar sosial şəbəkələrdə Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfatı Birliyinin (XTMKTB) əməkdaşlarının Biləcəri qəsəbəsi, Y.
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin