Beynəlxalq araşdırmada iştirak edən elm adamları okeanın dibində 12 800 il əvvəl Yer kürəsinin çoxəsrlik soyumasına səbəb olan kometanın zərbələrinin izlərini aşkar ediblər.
Oxu.Az xəbər verir ki, araşdırma haqqında “PLOS One” jurnalında məlumat verilib.
Qeyd olunur ki, təxminən 12 800 il əvvəl planetin temperaturun sürətlə azalması dövrü başlayıb.
İllik temperaturun 10 dərəcə aşağı düşdüyü və ümumi soyutmanın təxminən 1200 il davam etdiyi bu prosesin səbəbləri ilə bağlı tədqiqatçılar arasında hələ də fikir ayrılığı var.
2012-ci ildə isə buz dövrünə səbəb kimi Yer kürəsinə düşən kometa haqqında hipotez irəli sürülüb.
Bu nəzəriyyəyə görə, iqlim dəyişikliyinə səbəb səthə çatmamış atmosferdə partlayan böyük kosmik cismin (kometa və ya asteroid) düşməsi səbəb olub. Yaranan hissəciklər geniş ərazilərə yayıldı.
İndiyə qədər kometa fərziyyəsinin təsdiqi yalnız quru çöküntülərində və buz nüvələrində tapıntılarla məhdudlaşırdı; okeanın dərin qatlarından dəlillər yox idi.
Bu boşluğu doldurmaq üçün Kristofer Murun (Cənubi Karolina Universiteti) başçılıq etdiyi tədqiqat qrupu Qrenlandiyanın qərb sahilindəki Baffin körfəzində 0,5-2,4 kilometr dərinlikdə toplanmış dörd nüvənin geokimyəvi tədqiqatını həyata keçirib.
Beləliklə, alimlər Qrenlandiya yaxınlığındakı dəniz dibində buz dövrünə səbəb olan kometanın izlərini aşkar ediblər.