Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 05/26/2026

Paylaşın

GÜNDƏM

ADPU-da Veteranlar Təşkilatının nümayəndələri ilə görüş keçirilib

Mayın 25-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının nümayəndələri ilə görüş keçirilib.
Baki-baku.az xəbər verir ki, görüşdə Azərbaycan təhsilinin inkişafı, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi, milli-mənəvi dəyərlərin qorunması və veteranlarla gənclər arasında əlaqələrin gücləndirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb. Tərəflər təhsil müəssisələri ilə veteran təşkilatları arasında əməkdaşlığın əhəmiyyətini vurğulayaraq bu istiqamətdə həyata keçirilən birgə layihələrin gənclərin vətəndaş mövqeyinin formalaşmasına mühüm töhfə verdiyini bildiriblər.
Tədbir çərçivəsində ADPU rektoru professor Cəfər Cəfərov və beynəlxalq əlaqələr üzrə prorektor professor Mahirə Hüseynova Azərbaycan Respublikasının ictimai həyatında və təhsil sahəsindəki səmərəli fəaliyyəti, eləcə də gənc nəslin vətənpərvərlik ruhunda yetişdirilməsi istiqamətində göstərdiyi xidmətlərə görə Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı tərəfindən Fəxri Fərmanla təltif olunublar.
Həmçinin, universitetin yüksək akademik göstəricilərə malik tələbələri – Filologiya fakültəsinin Filologiya fakültəsinin IV kurs tələbələsi Məhəmməd Rəhimov, III kurs tələbələri Selinay Şirinova və Nuray Cəfərzadə Təşkilatın fəxri fərmanı ilə təltif ediliblər.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu barədə Baki-baku.az-a Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) məlumat verilib.

Ən son

GÜNDƏM

Fövqəladə Hallar Nazirliyi (FHN) Qurban bayramı və Müstəqillik Günü ilə əlaqədar gücləndirilmiş iş rejimində çalışacaq.

GÜNDƏM

Fövqəladə Hallar Nazirliyi (FHN) Qurban bayramı və Müstəqillik Günü ilə əlaqədar gücləndirilmiş iş rejimində çalışacaq.
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin