Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 11/25/2026

Paylaşın

TARİX

Bilgə xaqan – Qılıncla dövlət quran, ağılla yaşatmağa çalışan türk hökmdarı

Tarixdə elə hökmdarlar var ki, onların adı qazandıqları müharibələrlə, elələri də var ki, xalqlarına qoyduqları düşüncə mirası ilə yaşayır. Bilgə xaqan hər iki xüsusiyyəti özündə birləşdirən nadir tarixi şəxsiyyətlərdəndir. O, yalnız böyük bir imperiyanın hökmdarı deyil, türk xalqının birliyini, dövlətin müstəqilliyini və gələcəyini düşünən siyasi xadim idi.

Əsl adı Bögü olduğu bildirilən Bilgə xaqan 716-cı ildə İkinci Göytürk xaqanlığının taxtına çıxdı. İltəriş xaqanın oğlu olan bu hökmdar hakimiyyətə gələnədək çoxsaylı hərbi yürüşlərdə iştirak etmiş, döyüş meydanlarında özünü bacarıqlı sərkərdə kimi tanıtmışdı. Lakin onun hakimiyyətə gəlişi asan olmadı. Xaqanlıq daxilində tayfalar arasında qarşıdurmalar, itaətsizlik və hakimiyyət uğrunda mübarizə dövləti zəiflədirdi. Bilgə xaqanın qarşısında duran əsas vəzifə parçalanmaq təhlükəsi ilə üzləşən xalqı yenidən bir araya gətirmək idi.

Bu yolda onun ən böyük dayaqları qardaşı Kül Tegin və təcrübəli dövlət xadimi Tonyukuk oldu. Kül Tegin hərbi qüdrəti, Tonyukuk siyasi zəkası ilə xaqanlığın möhkəmlənməsində mühüm rol oynayırdı. Bilgə xaqan onların məsləhətlərinə əhəmiyyət verir, xüsusilə dövlətin gələcəyinə təsir edə biləcək qərarlarda tələskənlikdən qaçırdı.

Onun hakimiyyətində diqqətçəkən məqamlardan biri Çinlə münasibətlərə yanaşması idi. Bilgə xaqan yalnız müharibə yolu ilə güclənməyin mümkün olmadığını anlayırdı. Çinlə münasibətləri nizamlamağa, sərhəd ticarətini genişləndirməyə çalışırdı. 727-ci ildə Tibetlə Çinə qarşı ittifaq qurmaq təklifindən imtina etməsi və bunun ardınca Çinlə ticarət əlaqələrinin genişlənməsi onun diplomatik siyasətinin maraqlı nümunələrindəndir. Çin ipəyi ilə türk atlarının mübadiləsi dövlətlərarası iqtisadi münasibətlərin mühüm hissəsinə çevrilmişdi.

Bilgə xaqanın siyasi düşüncəsini anlamaq üçün Orxon kitabələrinə nəzər salmaq kifayətdir. Onun adını yaşadan bu daş yazılar sadəcə hökmdarın bioqrafiyası deyil, bütöv bir xalqın yaddaşı, dövlətçilik manifesti və gələcək nəsillərə ünvanlanmış xəbərdarlıqdır. Kitabələrdə xalqın birliyinin qorunması, yad təsirlərə aldanmamaq, dövlətin müstəqilliyini itirməmək kimi fikirlər ön plana çıxır.

Bilgə xaqanın adından kitabədə yer alan fikirlərdən biri onun hakimiyyət fəlsəfəsini xüsusilə aydın ifadə edir: «Ölməkdə olan xalqı diriltdim, çılpaq xalqı geyindirdim, az xalqı çox etdim». Bu sözlər onun üçün hökmdarlığın yalnız taxt-tac və hakimiyyət deyil, xalqın rifahı qarşısında məsuliyyət olduğunu göstərir.

731-ci ildə Kül Teginin vəfatı Bilgə xaqana ağır zərbə oldu. Həyatının və hakimiyyətinin ən çətin dayaqlarından birini itirən hökmdar qardaşının xatirəsini əbədiləşdirmək üçün onun adına möhtəşəm abidə ucaltdırdı. Bu abidənin mətninin hazırlanmasında Yolluq Təkin mühüm rol oynadı.

Lakin Bilgə xaqanın öz ömrü də uzun çəkmədi. 734-cü ildə saray əyanlarından biri tərəfindən zəhərləndi. Ölümündən sonra, 735-ci ildə onun şərəfinə də Orxon vadisində kitabəli abidə ucaldıldı. Beləliklə, adı daşlara həkk olunan hökmdar əsrlərin o üzündən də öz xalqına müraciət etməyə davam etdi.

Bilgə xaqanın tarixdəki böyüklüyü yalnız geniş ərazilərə hökm etməsində deyildi. O, dövlətin gücünü xalqın birliyində, müstəqilliyini qorumaqda, ağıllı siyasətdə və gələcək nəsillərə ötürülən yaddaşda görürdü. Bəlkə də buna görə onun əsrlər əvvəl daşa həkk olunmuş sözləri bu gün də öz aktuallığını itirməyib: dövlətin yaşaması üçün xalqın yaddaşı, birliyi və öz kimliyinə sədaqəti qorunmalıdır.

Xanım Aydın

Bənzər Xəbərlər

Jurnalist, yazıçı-tərcüməçi

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

1964-cü ildə avstraliyalı alimlər yağışdan sonra yaranan bu təbii ətri “petrikor” adlandırıblar.

Ən son

HƏR ŞEYDƏN

Baki-baku.az xəbər verir ki, bu zaman yaranan təbii şüşəvari törəmələr “fulqurit” adlanır. Bu söz latın

HƏR ŞEYDƏN

Baki-baku.az xəbər verir ki, bu zaman yaranan təbii şüşəvari törəmələr “fulqurit” adlanır. Bu söz latın
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin