Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 11/18/2026

Paylaşın

GÜNDƏM

Bakıda “Qazaxların ənənəvi mədəniyyəti” beynəlxalq sərgisi açılıb

Türk Mədəniyyəti və İrsi Fondunun dəstəyi və Azərbaycan Repsublikası Mədəniyyət Nazirliyi və Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti, Qazaxıstan Respublikası Mədəniyyət və İnformasiya Nazirliyi, Milli Azərbaycan Tarixi Muzeyi, Qazaxıstan Milli Mərkəzi Muzeyinin birgə təşkilatçılığı ilə “Qazaxların ənənəvi mədəniyyəti” adlı beynəlxalq sərginin açılış mərasimi keçirilib.
Baki-baku.az xəbər berir ki, Milli Azərbaycan Tarixi Muzeyində Qazaxıstan Respublikasının Milli Mərkəzi Muzeyinin fond kolleksiyaları əsasında hazırlanmış “Qazaxların ənənəvi mədəniyyəti” adlı beynəlxalq sərgi, iki ölkə arasında mədəni-humanitar əlaqələrin möhkəmləndirilməsi və beynəlxalq muzey əməkdaşlığının inkişaf etdirilməsi məqsədilə təşkil olunub.
Sərgidə Qazaxıstan Respublikasının Milli Mərkəzi Muzeyinin kolleksiyasından qazax xalqının ənənəvi həyat tərzini, məişət mədəniyyətini, təsərrüfat fəaliyyətini və sənətkarlıq ənənələrini əks etdirən 69 etnoqrafik eksponat nümayiş etdirilib.
Ekspozisiya qazax xalqının çoxəsrlik köçəri mədəniyyətinin xüsusiyyətlərini və Böyük Çölün zəngin etnomədəni irsini əhatə edir. Sərgidə ənənəvi məişət və təsərrüfat əşyaları, at ləvazimatları, zərgərlik məmulatları, keçə və toxuculuq nümunələri, milli geyimlər və bəzək əşyaları təqdim olunub.
Sərginin açılış mərasimində Azərbaycan Respublikası mədəniyyət nazirinin müavini Səadət Yusifova, Qazaxıstan Respublikasının Milli Mərkəzi Muzeyinin ümumi məsələlər üzrə direktor müavini vəzifəsini icra edən Askar Axmanov, Qazaxıstanın ölkəmizdəki səfirliyinin müşaviri Yedil Mırzaxanov, Xalq yazıçısı Elmira Axundova və Türk Mədəniyyəti və İrsi Fondunun layihə rəhbəri Leyla Həsənova çıxış ediblər. Çıxışlarda Azərbaycan və Qazaxıstan arasında tarixi dostluq münasibətlərindən, mədəni-humanitar əməkdaşlığın inkişafından və bu cür beynəlxalq sərgilərin xalqların mədəni irsinin qarşılıqlı tanıdılmasında əhəmiyyətindən bəhs olunub. Muzeylərarası əlaqələrin genişləndirilməsinin, birgə layihələrin həyata keçirilməsinin və mədəni irsin gələcək nəsillərə çatdırılmasının vacibliyi vurğulanıb.
Rəsmi hissədən sonra qonaqlar sərgi ilə tanış olub, nümayiş etdirilən eksponatların tarixi və etnoqrafik xüsusiyyətləri haqqında məlumat alıblar.

Bənzər Xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən Baki-baku.az-ın sorğusuna cavab olaraq bildirilib ki, hazırda zərər alan dayanacaqlarla bağlı tədbirlər görülür.

Ən son

GÜNDƏM

Həsən bəy Zərdabi prospekti, “Qələbə” dairəsi kimi tanınan yolda pik saatlarda yaranan nəqliyyat sıxlığı aradan

GÜNDƏM

Həsən bəy Zərdabi prospekti, “Qələbə” dairəsi kimi tanınan yolda pik saatlarda yaranan nəqliyyat sıxlığı aradan

Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin