Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 11/06/2026

Paylaşın

GÜNDƏM, İQTİSADİYYAT

Azərbaycanda taksi sürücüləri üçün gəlirə əsaslanan yeni vergi modeli tətbiq olunacaq

Taksi

Azərbaycanda gələn ildən taksi sürücülərinə aid gəlirə mütənasib yeni vergitutma modelinin həyata keçirilməsi planlaşdırılır.

Baki-baku.az xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin baş idarə rəisi Nicat İmanov Milli Məclisin İqtisadi siyasət sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında deyib.

O bildirib ki, taksi xidmətləri sahəsində vergi inzibatçılığının yenidən qurulması nəzərdə tutulur:

“Bildiyiniz kimi, hazırda vergi ödənişi fərqlənmə nişanının əldə edilməsi formasında aparılır və sürücünün gəlirinin həcmindən asılı olmayaraq, sabit qaydada 18 manat məbləğində vergi tutulur. Yeni təklif isə daha ədalətli, gəlirə əsaslanan vergitutma modelinin tətbiqini ehtiva edir. Bu modelə əsasən, operatorlar vasitəsilə verginin ödəniş mənbəyində tutulması mexanizmi sayəsində taksi fəaliyyəti ilə məşğul olan şəxslərin üzərindəki inzibati yük aradan qaldırılacaq. Eyni zamanda, onların əldə etdikləri gəlirlərdən dövlət büdcəsinə ödənilməli olan vergi 1 % dərəcəsi əsasında hesablanacaq”.

N. İmanov hesab edir ki, bu prinsipə uyğun olaraq, aşağı dövriyyəyə malik taksi sürücüsü daha az, yüksək dövriyyəsi olan sürücü isə 1 % nisbəti çərçivəsində daha çox vergi ödəyəcək: “Aparılan ümumi hesablamalara görə, orta vergi məbləği təqribən 18 manat səviyyəsində qalacaq. Lakin bəzi hallarda vergi dərəcələri bu rəqəmdən aşağı olacaq. Hesab edirik ki, bu islahat nəticəsində daha az gəlir qazanan taksi sürücülərinin vergi yükü yüngülləşəcək”.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Pekin Çin və Azərbaycanın hakim partiyaları arasında institusional əlaqələrin gücləndirilməsi məqsədilə Bakı ilə əməkdaşlığı genişləndirməyə hazırdır.

Ən son

GÜNDƏM

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 6-da Cəbrayıl rayonunda “Sunbeverage”

GÜNDƏM

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 6-da Cəbrayıl rayonunda “Sunbeverage”
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin