Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 11/03/2026

Paylaşın

GÜNDƏM

Paytaxtda Zəfər gününə həsr edilən ağacəkmə aksiyası keçirilib

Zəfər Gününə həsr edilən ağacəkmə aksiyası, Bakı Şəhər İcra Hakimiyyəti, BŞİH, 8 Noyabr - Zəfər Günü, Ağacəkmə aksiyası

Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) təşkilatçılığı ilə 8 Noyabr – Zəfər Gününə həsr edilən ağacəkmə aksiyası təşkil edilib. Paytaxtın Nərimanov rayonunda keçirilən aksiyaya BŞİH rəhbərliyi, əməkdaşları və struktur bölmələrinin işçiləri, şəhid ailələri və qazilər qatılıblar.

Baki-baku.az xəbər verir ki, bu barədə Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, iştirakçılar tərəfindən aksiyanın keçirildiyi ərazi yararsız tullantılardan təmizlənib, burada Abşeron yarımadasının torpaq-iqlim şəraitinə uyğun 300 ədəd yeni ağac əkilib.

Ağacəkmə aksiyası Bakı şəhərində quraqlığa davamlı bitkilərin, yerli iqlimə uyğun ağac və kolların əkilməsi, həmçinin paytaxtda ekoloji tarazlığın bərpası və ərazinin gözəlləşməsi istiqamətində görülən işlərin davamıdır.

Qeyd edək ki, əkilən ağaclara gələcəkdə qulluq göstərilməsi üçün suvarma məsələləri həll edilib, cavabdehlər müəyyənləşdirilib.

Mövsüm ərzində Bakı şəhərinin yaşıllaşdırılması, yaşıllıqlara qulluq və abadlıqla bağlı işlərin davam etdirilməsi nəzərdə tutulub.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Norveçdə yerli "Vikinq" və "Sabah" komandaları arasında keçiriləcək UEFA Çempionlar Liqasının oyununu idarə edəcək hakimlər müəyyənləşib.

Ən son

GÜNDƏM

Noyabrın 4-də gözlənilən hava şəraiti açıqlanıb.

GÜNDƏM

Noyabrın 4-də gözlənilən hava şəraiti açıqlanıb.
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin