Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 11/03/2026

Paylaşın

HƏR ŞEYDƏN

Rusiya Federasiyası – Türksoylu xalqların daha çox cəm olduğu ölkə

Türksoylu xalqlar, Тюркские народы

Türksoylu xalqların daha çox cəm olduğu, yaşadığı ərazilərdən biri Rusiya Federasiyasıdı. Ayrı-ayrı xalqların milli-mənəvi dəyərlərini qoruyub, dövlətçilik ənənələrini yaşatdığı bu ölkədə Çuvaşıstan, Başqırdıstan, Tatarıstan, Dağıstan, Çeçenistan, İnquşetiya, Kabardin-Balkar respublikaları ilə yanaşı, Həştərxanda və Krımda multikultural dəyərləri ilə seçilən türksoylu xalqlar yaşayır. Onların hər biri təkcə genetik kodları ilə deyil, həm də dini inancları ilə Oğuz-Qıpçaq türklərinin ruhunun davamçısı kimi ürüyüb artmaqdadırlar.

Saxalar – Sibir çöllərini vətən edən qədim türklər

Sərt təbiəti ilə tanınan, Rusiyanın şimal-şərqində mövcud olan Saxa Cümhuriyyətində hərarətin 60 dərəcədən aşağı olduğu bir bölgədə yaşayan Saxa türkləri dünyanın möcüzə xalqlarından, əski türklərin isə heyrət ünvanlarındandır. Sərt iqlimə, soyuq hava şəraitinə, dözülməz buza və qara baxmayaraq Vətən torpaqlarını, yaddaş yerini, atalardan miras qalan yurdları qoruyan Saxalar dilini, mədəniyyətini, əski gələnəklərini belə unutmamışlar. Saxa deyə anılan, Yakut adı ilə də bilinən bu qüdrətli xalqı dünya türkləri ucsuz-bucaqsız Sibir çöllərinin zinəti hesab etməkdədirlər.

Əldə olunan məlumatlardan bəlli olur ki, qarı, buzu yararaq həyatına davam edən Saxalar əsas məşğuliyyətlərini maralçılığı, maldarlığı, atçılığı qoruyub saxlamaqla yanaşı, onlar həm də toxuculuq, xalçaçılıq, çəkməçilik, dərzilik kimi dəyərlərini də qoruyub inkişaf etdirirlər.

Dilini, mədəniyyətini, ululardan qalan tarixi irsi və mirasını nəsildən-nəslə ötürən Saxalar milli kimliklərinin bir başqa imzası olan süfrə mədəniyyətlərini, ailə-nigah məsələlərini də qorumaqdadırlar. Maral, at və mal ətləri ilə qidalanan Saxaların qida rasionunda qaxac-qurumuş ət məhsullarından və xəmirdən hazırlanan yeməklər mühüm yer tutur. Genlərinin qarışmaması üçün əsasən Yakutiya ərazisində yaşayan türksoylu xalqlarla nikaha girirlər.

Başqırdlar – Ural-İdil boyundan Türküstan bozqırlarına

Min illər boyu milli kimlik uğrunda mücadilə edən, Çar Rusiyasının, şura hökumətinin təzyiqlərinə baxmayaraq dilini, mədəniyyətini, tarixini qoruyan Başqurdlar-Başqırdlar köklü tarixi, zəngin mədəniyyəti ilə müxtəlif quruluşların, xalqların təsiri altında yaşamasına, qalmasına baxmayaraq Ural dağlarından Türküstan bozqırlarına qədər yaddaş yerlərinə sahib çıxdılar. Əldə olunan məlumatlar sübut edir ki, Başqırdıstan Respublikasının qurucusu kimi tarix yaradan Başqurdlar türk dillərinin Qıpçaq qoluna aid olan qüdrətli bir qövm olaraq dillərini və əski gələnəklərini, milli kimliklərinin ayrılmaz tərkib hissəsi kimi bu gün də qorumaqdadırlar.

Min illərin sınaqlarından keçən, hücumlara, müharibələrə, Səlib yürüşlərinə baxmayaraq ayaqda olan Başqurdlar poeziyası, ədəbiyyatı, milli mətbuatı ilə dünyanın mədəni cəmiyyətlərinə, sivil toplumlarına inteqrasiya etməkdədirlər. Başqurdlar MDB məkanına aid ölkələrdə Başqırdlar kimi tanınsalar, qəbul edilsələr də, onlar Bozqurd toteminə tapınmaqda, türk-islam dəyərləri ilə varlıqlarını yaşatmaqdadırlar.

Xakaslar – Beş türk soyunun genetik kodlarının daşıyıcısı

Rusiya Federasiyasının Sibir yörəsində yaşayan Xakaslar türksoylu xalqların zəngin mədəniyyəti ilə seçilən qollarındandır. Soyu, soy-kökü, şəcərə dəftəri ilə Yenisey Qırğızlarına bağlı olan Xakaslar, həm də Sibirin güneyində min illər boyu tarixi torpaqlarında yaşayan Sibir türklərinə bağlıdırlar. Beş tarixi qrupu: saqay, kaçin, qızıl, koybal, bəltil boylarını genetik kodlarında birləşdirən Xakaslar milli kimliyini, əski inanclarını, adət-ənənələrini, Şaman ruhunu bu gün də qorumaqda, nəsildən-nəsilə ötürməkdədirlər.

Sərt soyuğa, Sibirin ağır təbii şərtlərinə baxmayaraq onlar əski yurddan, yaddaş yerindən dönmürlər. Davul döymək, müqəddəs ruhları çağırmaq, maral dərisindən çadır hörmək, xalça, kilim, cecim toxumaq, əyin-baş, börk, arxalıq tikməklə məişət qayğılarını aradan qaldıran Xakasların süfrəsində hələ də taxtadan oyulmuş qablar yer almaqdadır. Maral, ceyran, cüyür əti ilə qida rasionunu təmin edən Xakasların toy və yas mərasimlərində əski gələnəklərdən gələn ənənələr hökm sürür. Dünyasını dəyişənlər kəfənlə deyil, maral dərisindən tikilmiş paltarlar və onun sənətini xatırladan əşyalarla dəfn edilir. Qızların cehizi isə, onların əl işlərindən tutulur.

Çuvaşlar – Volqaboyu türklərinin yaddaş yeri

Dili, tarixi, mədəniyyəti, adət-ənənələri ilə Volqaboyu türklərinin düşüncə tərzinə bağlı olan Çuvaşlar Oğuz dil qrupuna aid dilləri, zəngin mədəniyyətləri ilə fərqlənirlər. Rusiya Federasiyasının tərkibində Çuvaşıstan Respublikasının qurucusu olaraq tarix yardan Çuvaşlar Bulqar türklərinin  mirasına, Volqaboyu türklərinin yaddaş saxlancına sahib olduqlarındandır ki, dil içərisində dil, din içərisində din yaşatmaqdadırlar.

Milli kimliyinin bütün parametrlərini – dilini, tarixini, dini inanclarını qoruyan Çuvaşlar Çuvaşıstanı dövlətə çevirməklə bu torpaqların tarixi sakinlərinin və sahiblərinin ünvanını dünyaya nümayiş etdirmişlər. Ana dilində məktəbi, mətbuatı, qəzet və dərgiləri olan Çuvaşlar, həm də, milli musiqilərini, xalq mahn ılarını, türkülərini, musiqi alətlərini, eyni zamanda süfrə mədəniyyətlərini, adət-ənənələrini də qorumaqdadırlar. Novruz bayramını – Bahar bayramı adında nəsildən-nəsilə ötürən, yaşadan Çuvaşlar onu milli bayram kimi təntənə ilə qeyd edirlər. Azərbaycan türklərində olduğu kimi dörd çərşənbənin adına tonqal çatırlar, səməni halvası bişirir, dünyasını dəyişənlərin adına ehsan süfrələri açırlar.

Şərəf Cəlilli

Bənzər Xəbərlər

Yazıçı-publisist

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Dövlət başçısının səsləndirmədiyi ifadələrin ona aid edilməsi və rəsmi mövqe kimi təqdim olunması ictimaiyyəti yanıltmağa xidmət edən kobud

Ən son

HƏR ŞEYDƏN

Payız axşamlarının özünəməxsus gözəlliyi var: pəncərəyə çırpılan yağış damcıları, bir fincan isti çay və televizorda

HƏR ŞEYDƏN

Payız axşamlarının özünəməxsus gözəlliyi var: pəncərəyə çırpılan yağış damcıları, bir fincan isti çay və televizorda
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin