Azərbaycanın Xalq artisti Zaur Rzayev vəfat edib.
Baki-baku.az xəbər verir ki, uzun müddətdir səhhətində ciddi problemlər olan Z.Rzayev bu dəqiqələrdə Mərkəzi Neftçilər Xəstəxanasında dünyasını dəyişib.
Qeyd edək ki, Xalq artistinin səhhəti oktyabrın 14-də pisləşmiş və o, xəstəxanaya yerləşdirilmişdi.