Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 10/29/2026

Paylaşın

ƏDƏBİYYAT

Azərbaycanın yeni dövr müzəffər hərb tarixinə aid yeni kitab – “23 saat 43 dəqiqə”

“23 saat 43 dəqiqə”

Yazıçı Varisin “Elm və təhsil” nəşriyyatında “23 saat 43 dəqiqə” adlı kitabı işıq üzü görüb.

Baki-baku.az xəbər verir ki, “Heç kəs unudulmur, heç nə yaddan çıxmır” alt başlığı ilə çıxan 528 səhifəlik kitab unikaldır, burada 2023-cü ilin 19-20 sentyabr tarixində keçirilmiş və Azərbaycanın suverenliyinin tam bərpası ilə nəticələnmiş lokal antiterror əməliyyatı barədə demək olar ki bütün məlumatlar öz əksini tapıb.

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, kitabda əməliyyatı zəruri edən səbəblər, əməliyyatın saatbasaat gedişi, Azərbaycan prezidentinin əməliyyatla bağlı çıxışları, müsahibələri, Azərbaycan ordusunun tərkibi, xüsusi təyinatlılar və komandoların misilsiz şücaəti, aparılan hərbi əməliyyatın xarakteri, silah növləri, cəbhələrin təsnifatı, əsas döyüşlər, düşmənin kapitulyasiyası, əldə edilən silah-sursat, düşmənin yeraltı hərbi baza və qərargahlarının təsviri, müharibə canilərinin həbsi, Xankəndiyə üçrəngli bayrağın sancılması, Yevlaxdakı reinteqrasiya görşüşləri, Xankəndi zəfər paradı, əməliyyata dünya siyasətçilərinin, mediasının, hərbi ekspertlərin verdiyi qiymət, əməliyyatdan sonra Qafqazın siyasi düzəninin tam dəyişməsi mənzərəsi öz əksini tapıb, əməliyyatda iştirak edən səhra komandirlərindən tutmuş adi əsgərlərə qədər bir çoxlarının şərhləri, mülahizələri, xatirələri yer alır.

Kitab özlüyündə 3 fəsildən ibarətdir, kitabın 1-ci fəsli əməliyyata qədərki dövrü və əməliyyatı əhatə edir. 3-cü fəsil əməliyyatdan sonrakı prosesləri əks etdirir. Kitabı unikal edən isə 2-ci fəsildir. Burada antiterror əməliyyatında şəhid olan 52 hərbçimizin kimisinin ata-anası, kimisinin bacı-qardaşı, kimisinin həyat yoldaşı, kimisinin övladı kitabın həmmüəllifi ampluasında öz şəhidinin həyat hekayətini təqdim edir.

“23 saat 43 dəqiqə” kitabının Azərbaycanın müasir tarixinin bədii-sənədli səlnaməsini əks etdirən dəyərli vəsait kimi faydası böyük olacaq, çünki nəşr Azərbaycanın dövlət suverenliyinin tam bərpası prosesini büsbütün tərənnüm etməklə gələcək nəsillərin yaddaşına köçürmək missiyasını yerinə yetirir.

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin 2026-ci il üçün elan etdiyi orta qrant müsabiqəsi üzrə Azərbaycan Yazıçılar Birliyi Ədəbiyyat Fondunun icra etdiyi “Antiterror əməliyyatı mövzusunda bədii əsərin işlənməsi” layihəsi çərçivəsində nəşr olunmuş kitabın baş rəyçisi Prezident Yanında Dövlət İdarəçilik Akademiyasının dosenti, polkovnik Cəlil Xəlilov, redaktorları Əkbər Qoşalı və İntiqam Yaşar, fəsil şeirlərinin müəllifi Nigar Həsənzadə, naşiri Akif Şahbazovdur.

Kitabın nüsxələri şəhid ailələrinə, müxtəlif qurumlara, ictimaiyyət nümayəndələrinə hədiyyə ediləcəkdir.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

20 noyabr-3 dekabr tarixlərində Kənd Təsərrüfatı Nazirliyi tabeliyində fəaliyyət göstərən "Aqrar Tədarük və Təchizat" ASC və Azərbaycan Arıçılar

Ən son

ƏDƏBİYYAT

Yazıçı Varisin “Elm və təhsil” nəşriyyatında “23 saat 43 dəqiqə” adlı kitabı işıq üzü görüb.

ƏDƏBİYYAT

Yazıçı Varisin “Elm və təhsil” nəşriyyatında “23 saat 43 dəqiqə” adlı kitabı işıq üzü görüb.
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin