Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 10/30/2026

Paylaşın

Mədəniyyət

Azərbaycan “Korkut Ata” Film Festivalında iki bədii, bir sənədli filmlə təmsil olunacaq

"Korkut Ata", "Коркут Ата"

Azərbaycan noyabrın 3-dən 7-dək İstanbulda keçiriləcək VI “Korkut Ata” Türk Dünyası Film Festivalında üç filmlə iştirak edəcək.

Bu barədə Baki-baku.az-a Mədəniyyət Nazirliyi yanında Kino Agentliyindən məlumat verilib.

Bildirilib ki, festivalın müsabiqə proqramında nəzərdə tutulmuş hər üç kateqoriya üzrə Azərbaycan filmlərinin iştirakı nəzərdə tutulub.

Belə ki, tammetrajlı bədii film kateqoriyasında “Tağıyev: Məktəb”, sənədli film kateqoriyasında “Azıx mağarası”, qısametrajlı bədii film kateqoriyasında “Torpağı sanı yaşayasan” filmləri nümayiş etdiriləcək.

Bundan əlavə, festival çərçivəsində Azərbaycan klassik kinosunun nümunəsi kimi “Bir cənub şəhərində”, müasir sənədli film nümunəsi olaraq “Bakı Türkoloji Qurultayı 100” filmləri göstəriləcək.

Azərbaycan nümayəndə heyətinin səfəri çərçivəsində nəzərdə tutulan görüşlərdə Türk dünyası ölkələri ilə kino sahəsində əməkdaşlığın inkişafı istiqamətində müzakirələrin aparılması, yeni işgüzar əlaqələrin yaradılması planlaşdırılır.

Qeyd edək ki, 2021-ci ildə Türkiyə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən təsis olunmuş festivalın məqsədi türk ölkə və xalqlarının ortaq mədəni irsini kino vasitəsilə dünyaya nümayiş etdirməkdir. Ötən beş il ərzində festival türk ölkələrinin müxtəlif şəhərlərində, o cümlədən, Bakıda keçirilib.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Noyabrın 1-dən metronun "Memar Əcəmi" stansiyasını Hökməli qəsəbəsi ilə əlaqələndirən 156 və 156A nömrəli marşrut avtobusları yenilənir.

Ən son

GÜNDƏM

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova ilə söhbətimizdə ailə institutunun

GÜNDƏM

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova ilə söhbətimizdə ailə institutunun
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin