Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 10/28/2026

Paylaşın

GÜNDƏM

Bakıda mikromobillik zolaqlarının uzunluğu 68 kilometrə çatdırılıb

Mikromobillik

Bakı şəhərində mikromobillik infrastrukturunun inkişafı istiqamətində işlər davam etdirilir. Məqsəd şəbəkənin davamlılığına nail olmaq və mikromobillik vasitələrindən istifadə edən hərəkət iştirakçılarının təhlükəsizliyini və rahatlığını təmin etməkdir.

Bu barədə Baki-baku.az-a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.

Məlumata əsasən, kəsintisiz zolağın təşkili üçün mərhələli qaydada velosiped yolları əlaqələndirilir. Hazırda mikromobillik zolaqlarının uzunluğu 67,8 km-ə çatdırılıb.

“Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”na əsasən mikromobillik zolaqlarının uzunluğunun 100 km-ə çatdırılması planlaşdırılır.

Mikromobillik infrastrukturunun genişləndirilməsi istifadəçi sayının artmasına da müsbət təsir göstərir. 2026-cı ilin 9 ayı ərzində Bakı şəhərinin mərkəzi hissəsində başlayıb və bitən, fərdi minik avtomobilləri, taksi, velosiped və skuterlərlə həyata keçirilən səfərlərin 19,7 %-i mikromobillik vasitələrinin payına düşür. Ötən ilin eyni dövründə bu rəqəm 12 % təşkil edirdi.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində Müsəlman Ağsaqqalları Şurasının baş katibi Məhəmməd Əbdülsalam

Ən son

GÜNDƏM

Prezident İlham Əliyev İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə orqanları rəhbərlərinin üçüncü yüksəksəviyyəli

GÜNDƏM

Prezident İlham Əliyev İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə orqanları rəhbərlərinin üçüncü yüksəksəviyyəli
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin