Bakının Yasamal rayonu, Balababa Məcidov küçəsində piyada səkisində metal konstruksiyadan istifadə edilməklə özbaşına artırma işlərinin aparılması ilə bağlı sosial şəbəkələrdə məlumat yayılıb.
Baki-baku.az xəbər verir ki, məsələ ilə bağlı Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən operativ tədbirlər görülüb.
Qanunsuz müdaxilələr aradan qaldırılıb, piyada səkisinin zəbtinin qarşısı alınıb. Bununla da ərazidə piyadaların təhlükəsiz hərəkəti yenidən təmin olunub.
Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən qeyd edilib ki, gələcəkdə də ərazidə monitorinqlər aparılacaq və bu kimi qanunsuz halların qarşısının alınması üçün müvafiq tədbirlər görüləcək.


