Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 10/23/2026

Paylaşın

GÜNDƏM

Prezident İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul edib

Hindistan

Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 23-də Hindistanın xarici işlər naziri Subrahmanyam Cayşankarı qəbul edib.

Baki-baku.az xəbər verir ki, qonaq, ilk növbədə, Hindistan Prezidenti Draupadi Murmunun və Baş nazir Narendra Modinin salamlarını dövlətimizin başçısına çatdırdı. O, Azərbaycan Prezidenti ilə Hindistanın Baş naziri arasında Bişkekdə keçirilmiş görüşü xatırladaraq ölkəmizə Baş nazir Narendra Modinin tapşırığına əsasən səfər etdiyini bildirdi.

Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını Hindistan Prezidentinə və Baş nazirinə çatdırmağı xahiş etdi.

Dövlətimizin başçısı Hindistanın Baş naziri Narendra Modi ilə Bişkekdə keçirilmiş görüşünü və həmin görüş zamanı aparılmış fikir mübadiləsini məmnunluqla xatırladı. Prezident İlham Əliyev Hindistanın xarici işlər nazirinin Baş nazir Narendra Modinin tapşırığı əsasında Azərbaycana səfərini yüksək qiymətləndirərək, bunun ikitərəfli münasibətlərin mövcud vəziyyətinin və inkişaf perspektivlərinin müzakirəsi baxımından əhəmiyyətini qeyd etdi.

Görüşdə Azərbaycan ilə Hindistan arasında münasibətlərin mövcud vəziyyətinə dair ətraflı fikir mübadiləsi aparıldı, qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın inkişafı üçün geniş imkanların olduğu vurğulandı.

Azərbaycanın və Hindistanın Qlobal Cənubun bir hissəsi olaraq beynəlxalq gündəlikdə duran, o cümlədən Qlobal Cənub ölkələrini narahat edən bir sıra məsələlərə dair oxşar maraqlardan çıxış etdikləri qeyd olundu. Bu xüsusda siyasi, iqtisadi-ticari, yüksək texnologiyalar, mədəni, humanitar və digər sahələrdə ikitərəfli əməkdaşlığın inkişaf perspektivləri müzakirə edildi.

Söhbət zamanı beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın əhəmiyyətinə toxunuldu. Həmçinin ikitərəfli əlaqələrin inkişaf etdirilməsi məqsədilə siyasi təmasların intensivləşdirilməsinin, müxtəlif səviyyələrdə qarşılıqlı səfərlərin, o cümlədən iqtisadiyyat və biznes nümayəndə heyətlərinin səfərlərinin həyata keçirilməsinin vacibliyi vurğulandı.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Baki-baku.az xəbər verir ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva oktyabrın 22-də sərgi ilə tanış olub

Ən son

GÜNDƏM

Baki-baku.az xəbər verir ki, tədbirlərdə “Balaca Şahzadə” uşaq bağçasının balaca fidanları, “İdrak” liseyi, 144, 221,

GÜNDƏM

Baki-baku.az xəbər verir ki, tədbirlərdə “Balaca Şahzadə” uşaq bağçasının balaca fidanları, “İdrak” liseyi, 144, 221,
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin