Sabahdan Bakının Qaradağ rayonu, Sahil qəsəbəsinin Natiq Mustafayev küçəsində aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq olunacaq.
Bu barədə Baki-baku.az-a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.
Məlumata əsasən, məhdudiyyət səbəbindən 149, 149E və 164 nömrəli marşrutların hərəkəti alternativ küçələrlə təşkil ediləcək.