Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 10/22/2026

Paylaşın

GÜNDƏM

Onkoloji və hematoloji xəstəliklərdən müalicə alan uşaqların valideynləri üçün psixo-art master-klası keçirilib

“Nəcib Əllər” Uşaqlara Dəstək İctimai Birliyi

Gentle Hands “Nəcib Əllər” Uşaqlara Dəstək İctimai Birliyinin təşkilatçılığı və QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə onkoloji və hematoloji xəstəliklərdən müalicə olunan azyaşlıların valideynləri üçün “psixo-art master-klası” keçirilib.

Baki-baku.az xəbər verir ki, psixoloq və art-terapistin iştirakı ilə təşkil olunan master-klas zamanı valideynlər və xəstə yaxınları rənglər və təsvirlər vasitəsilə öz duyğularını ifadə edərək fərdi rəsm əsərləri ərsəyə gətiriblər.

Yaradıcılıq prosesi onlara daxili dünyalarına yönəlmək, hisslərini sənətin dili ilə ifadə etmək, gündəlik qayğıların yaratdığı emosional gərginlikdən uzaqlaşaraq mənəvi rahatlıq tapmaq imkanı verib. Görüş, həmçinin valideynlərin öz təcrübələrini bölüşməsinə, bir-birini daha yaxından anlamasına və səmimi ünsiyyət şəraitində qarşılıqlı dəstək hissini gücləndirməsinə şərait yaradıb.

Bu cür təşəbbüslər övladlarının müalicə prosesi ilə bağlı çətinliklər yaşayan valideynlərin emosional vəziyyətinə müsbət töhfə vermək, onların mənəvi baxımdan dəstəkləndiklərini hiss etmələrinə şərait yaratmaq, eləcə də birlik, həmrəylik və qarşılıqlı anlayış mühitini möhkəmləndirmək baxımından mühüm əhəmiyyət kəsb edir.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Vaxtilə bir-biri ilə qonşu olan şəhərlərdə saatlar fərqli vaxtı göstərə bilərdi və heç kim onları nasaz hesab etməzdi

Ən son

GÜNDƏM

Bu barədə Baki-baku.az-a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib

GÜNDƏM

Bu barədə Baki-baku.az-a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin