Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 10/14/2026

Paylaşın

GÜNDƏM

Bakının mərkəzində QHT-lər milli baş örtüyü – kəlağayı ilə yürüş keçiriblər

Kəlağayı

Bu gün Bakının mərkəzində QHT-lərin təşkilatçılığı ilə bir qrup azərbaycanlı xanımın milli baş örtüyü – kəlağayı ilə gəzinti-yürüşü keçirilib.

Baki-baku.az xəbər verir ki, yürüş Qız Qalasının qarşısından başlayıb.

Vətəndaş cəmiyyəti təmsilçiləri bu təşəbbüslə milli geyimlərə, xüsusilə kəlağayıya marağın artırılmasına çalışdıqlarını bildiriblər. Yürüş zamanı iştirakçılar Azərbaycanın milli musiqilərini və bayatılar səsləndiriblər.

Kəlağayı Azərbaycan xalqının çoxəsrlik tarixini, milli kimliyini, adət-ənənələrini və estetik dünyagörüşünü özündə yaşadan mühüm mədəni irs nümunəsidir. Təbii ipəkdən hazırlanan bu zərif baş örtüyü əsrlər boyu Azərbaycan qadınlarının geyim mədəniyyətinin ayrılmaz hissəsi olub. Kəlağayı yalnız milli geyim elementi deyil, həm də xalqımızın mənəvi dəyərlərinin, zəriflik, gözəllik və xanımlıq rəmzlərinin ifadəsidir.

Azərbaycan kəlağayısı beynəlxalq səviyyədə də tanınır. 2014-cü ilin noyabrında “Qadın ipək baş örtüyü kəlağayının ənənəvi hazırlanma və daşınma mədəniyyəti və onun simvolikası” UNESCO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilib. Bu mühüm hadisə kəlağayının yalnız Azərbaycan xalqı üçün deyil, bütövlükdə bəşəriyyətin mədəni irsi baxımından əhəmiyyətini təsdiqləyib.

Kəlağayı sənətinin əsas mərkəzləri sırasında Şəki və Basqal xüsusi yer tutur. Onun hazırlanmasında ənənəvi ipəkçilik, boyama və taxta qəliblərlə naxışvurma üsullarından istifadə olunur. Kəlağayıların üzərindəki buta, nəbati və həndəsi ornamentlər xalqımızın zəngin bədii təfəkkürünü əks etdirir. Bu sənətin qorunması, gənc nəsillər arasında təbliği və gündəlik geyim mədəniyyətində yaşadılması milli irsimizin gələcək nəsillərə ötürülməsi baxımından müstəsna əhəmiyyət daşıyır.

Kəlağayı ilə yürüş şəhər sakinləri və turistlərdə böyük marağa səbəb olub.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Şah I Təhmasib iki rəqibini qarşı-qarşıya qoymaqla yanaşı, portuqalları Səfəvilərə yardıma da məcbur etmişdi

Ən son

HƏR ŞEYDƏN

Onu edənlər isə ölçü vahidindən kredit kartının qalınlığına qədər hər şeyi sözün əsl mənasında “standartlaşdıran”

HƏR ŞEYDƏN

Onu edənlər isə ölçü vahidindən kredit kartının qalınlığına qədər hər şeyi sözün əsl mənasında “standartlaşdıran”
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin