Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 10/14/2026

Paylaşın

GÜNDƏM

Laos Prezidenti “ASAN xidmət” mərkəzinin fəaliyyəti ilə tanış olub

"ASAN xidmət"

Laos Prezidenti Thonqlun Sisulit Azərbaycana səfəri çərçivəsində “ASAN xidmət” mərkəzinin fəaliyyəti ilə tanış olub.

Bu barədə Baki-baku.az-a Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən məlumat verilib.

Bildirilib ki, Agentliyin sədri Ülvi Mehdiyev qonağa “ASAN xidmət” mərkəzləri və innovasiyalar sahəsində həyata keçirilən layihələr barədə ətraflı məlumat verib.

Qonağa ASAN-ın intellektual məhsul kimi ixracı istiqamətində 50-dən çox ölkə ilə əməkdaşlıq edildiyi diqqətə çatdırılıb.

Laos Prezidenti “ASAN xidmət”in fəaliyyətindən təsirləndiyini, onun innovativ və vətəndaş məmnunluğuna əsaslanan xidmət modelini yüksək qiymətləndirdiyini vurğulayıb. O, ASAN təcrübəsinin öyrənilməsi və ölkəsində tətbiqi imkanlarının araşdırılması ilə bağlı müvafiq göstəriş verəcəyini bildirib.

Qonaq “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzi, Səyyar ASAN xidməti və “ABAD” publik hüquqi şəxsin fəaliyyəti ilə də tanış olub.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Baki-baku.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Ən son

GÜNDƏM

Laos Prezidenti Thonqlun Sisulit Azərbaycana səfəri çərçivəsində "ASAN xidmət" mərkəzinin fəaliyyəti ilə tanış olub.

GÜNDƏM

Laos Prezidenti Thonqlun Sisulit Azərbaycana səfəri çərçivəsində "ASAN xidmət" mərkəzinin fəaliyyəti ilə tanış olub.
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin