Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 10/14/2026

Paylaşın

GÜNDƏM

Azərbaycanda polad konstruksiyalar üzrə yeni elmi-texniki kitab nəşr olunub

“Polad konstruksiyalar: Səssiz güc”

İnşaat mühəndisi Elcan İbrahimovun müəllifi olduğu “Polad konstruksiyalar: Səssiz güc” kitabı işıq üzü görüb.

Bakı-baku.az xəbər verir ki, “Poladın gücü elmdən doğur” prinsipi üzərində qurulan nəşrdə mürəkkəb mühəndislik hesablamaları sadə və anlaşılan dildə təqdim edilir. Polad konstruksiyaların hesablanması və layihələndirilməsi həm Azərbaycan Dövlət Tikinti Normaları (AzDTN), həm də Avropa normaları (EN) əsasında izah olunur, normativ yanaşmalar müqayisə və təhlil edilir.

Kitab mühəndislər, layihəçilər, eləcə də inşaat mühəndisliyi üzrə təhsil alan tələbələr üçün nəzərdə tutulub.

Elcan İbrahimov İnşaat mühəndisliyi üzrə bakalavr və magistr təhsilini Azərbaycan Memarlıq və İnşaat Universitetində, doktorantura təhsilini isə Gümüşhane Universitetində alıb. 90-dan çox tamamlanmış layihənin mühəndisidir. Həmçinin 5 ildən artıq davam edən elmi araşdırmaların nəticəsi olaraq onlarla elmi məqalənin də müəllifidir.

Kitabın ərsəyə gəlməsində əsas məqsəd Azərbaycanda polad konstruksiyalar sahəsində ana dilində texniki ədəbiyyatın məhdudluğunun aradan qaldırılmasına töhfə verməkdir.

“Səssiz güc” kitabı “Kosmo” nəşriyyatında çap olunub. Kitabın rəyçiləri Azərbaycan Respublikasının əməkdar mühəndisi, texnika elmləri üzrə fəlsəfə doktoru, professor Lətif Zeynalov, texnika elmləri üzrə fəlsəfə doktoru, dosent Dilqəm Mahmudov və Azərbaycan Respublikası Hesablama Palatasının eksperti Nazim Qurbanovdur.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı məktubu ünvanlayıb.

Ən son

GÜNDƏM

Heydər Əliyev Fondu Antalyada davam edən COP31 çərçivəsində pavilyonla təmsil olunur.

GÜNDƏM

Heydər Əliyev Fondu Antalyada davam edən COP31 çərçivəsində pavilyonla təmsil olunur.
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin