Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 10/09/2026

Paylaşın

GÜNDƏM

Türkmənbaşı şəhərində Prezident İlham Əliyevin İran Prezidenti ilə görüşü olub

Türkmənbaşı

Oktyabrın 9-da Türkmənistanın Türkmənbaşı şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian ilə görüşü olub.

Baki-baku.az xəbər verir ki, söhbət zamanı Azərbaycan və İran prezidentlərinin görüşləri və telefon danışıqları məmnunluqla xatırlandı, bu yaxınlarda Azərbaycan nümayəndə heyətinin İran İslam Respublikasına səfəri və aparılmış müzakirələr qeyd olundu.

Prezident Məsud Pezeşkian ölkələrimiz arasında tarixi dostluq və qohumluq əlaqələrinin olduğunu deyərək, İranda baş verən hadisələr zamanı dost və mehriban qonşu kimi Azərbaycanın mövqeyinin yüksək qiymətləndirildiyini bir daha bildirdi.

Dövlətimizin başçısı İranın qeyri-üzv dövlət kimi “MDB plyus” formatında ilk dəfə iştirakına toxundu.

Görüşdə Ağbənd–Kəlalə layihəsinin icrası ilə əlaqədar işlərin yekunlaşma mərhələsində olduğu məmnunluqla qeyd edildi.

Söhbət əsnasında vurğulandı ki, Qırğızıstanın paytaxtı Bişkekdə dövlət başçılarının sonuncu görüşü zamanı ikitərəfli əməkdaşlığın inkişafı ilə bağlı müzakirə olunan məsələlərin həyata keçirilməsi istiqamətində iki ölkənin aidiyyəti qurumları fəaliyyətini davam etdirir.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Ermənistanın Gorus şəhərində oktyabrın 8-də Azərbaycan və Ermənistanın müvafiq strukturlarının nümayəndələri arasında TRIPP layihəsi çərçivəsində elektrik xətlərinin çəkilişi

Ən son

GÜNDƏM

Oktyabrın 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkmənbaşı şəhərində keçirilən MDB Dövlət Başçıları Şurasının məhdud

GÜNDƏM

Oktyabrın 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkmənbaşı şəhərində keçirilən MDB Dövlət Başçıları Şurasının məhdud
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin