Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 10/08/2026

Paylaşın

GÜNDƏM

“Azərpoçt” İçərişəhərdə yeni AZ1005 indeksli poçt şöbəsini istifadəyə verib

"Azərpoçt"

“AZCON Holding” şirkətlərindən olan “Azərpoçt” MMC İçərişəhərdə, Böyük Qala 55 ünvanında yerləşən yeni AZ1005 indeksli poçt şöbəsini istifadəyə verib.

Baki-baku.az xəbər verir ki, açılış mərasimində Ümumdünya Poçt İttifaqının (ÜPİ) Beynəlxalq Bürosunun baş direktoru Masahiko Metoki, Filateliyanın İnkişafı və Sənədli İrs Proqramının rəhbəri Benjamin Combes və digər rəsmi qonaqları, eləcə də “Azərpoçt”un İdarə Heyətinin sədri vəzifəsini icra edən Manaf Babayev və “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Rüfət Mahmud iştirak ediblər.

Yeni məkanın yaradılmasında məqsəd Bakının qədim və turistik zonası olan İçərişəhərdə şəhərimizin sakinləri ilə yanaşı, qonaqlarına da poçt xidmətlərini daha fərqli formada təqdim etməkdir. Belə ki, burada poçt istifadəçiləri üçün universal poçt xidmətləri ilə yanaşı, e-kommersiya, eləcə də filateliya məhsullarının satışı baş tutacaq.

“İçərişəhərdə yaradılan bu poçt şöbəsi poçtun yalnız xidmət infrastrukturu deyil, həm də insanları, mədəniyyəti və ölkələri birləşdirən platformadır. Azərbaycanın beynəlxalq poçt əməkdaşlığında fəal iştirakı və filateliyaya göstərdiyi diqqət təqdirəlayiqdir” deyə Ümumdünya Poçt İttifaqının Beynəlxalq Bürosunun baş direktoru Masahiko Metoki bildirib.

Açılış zamanı qonaqlara poçt şöbəsinin fəaliyyəti və təqdim olunan xidmətlər barədə məlumat verilib, Azərbaycan filateliyasının seçilmiş nümunələri nümayiş etdirilib.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Azərbaycan Prezidenti İlham Əliyev "İtkin düşmüş şəxslər üzrə Bakı Dialoqu çərçivəsində IV Beynəlxalq Konfrans"ın iştirakçılarına müraciət ünvanlayıb.

Ən son

GÜNDƏM

Oktyabrın 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkmənbaşı şəhərində keçirilən Azərbaycan Respublikası və Mərkəzi Asiya

GÜNDƏM

Oktyabrın 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkmənbaşı şəhərində keçirilən Azərbaycan Respublikası və Mərkəzi Asiya
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin