Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 10/06/2026

Paylaşın

GÜNDƏM

Prezident İlham Əliyev Böyük Britaniyanın ticarət üzrə dövlət nazirini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 6-da Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Biznes, İnnovasiya, Elm və Ticarət Nazirliyinin Ticarət üzrə dövlət naziri, Birgə Hökumətlərarası Komissiyanın həmsədri Lord Anas Sarvarı qəbul edib.
Baki-baku.az xəbər verir ki, Lord Anas Sarvar Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Endi Börnhemin məktubunu dövlətimizin başçısına təqdim edərək, Baş nazirin ölkəmizlə uzun illər ərzində dinamik inkişaf edən əməkdaşlığa böyük önəm verdiyini vurğuladı.
Prezident İlham Əliyev məktuba görə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş nazirinə minnətdarlığını bildirdi.
Lord Anas Sarvar ölkəmizlə əməkdaşlığı genişləndirmək niyyətində olduqlarını dedi.
Prezident İlham Əliyev Azərbaycanla Birləşmiş Krallıq arasında fəal əməkdaşlığın qurulduğunu vurğuladı, müstəqilliyimizi bərpa etdikdən bəri ölkələrimizin uzun müddətdir ki, yaxın tərəfdaş olduqlarını qeyd etdi.
Söhbət zamanı bir neçə gün əvvəl Birləşmiş Krallığın müdafiə üzrə dövlət naziri Lord Vernon Kioakerin ölkəmizə səfəri məmnunluqla xatırlandı, son dövrlərdə Krallıqdan Azərbaycana müxtəlifsəviyyəli rəsmi səfərlərin sayının artması münasibətlərimizin strateji önəminin göstəricisi kimi qiymətləndirildi.
Azərbaycan Respublikasının Hökuməti ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Hökuməti arasında ticarət və iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın Bakıda keçirilən 8-ci iclasının əhəmiyyətinə toxunuldu, bunun iqtisadi gündəliyimizdə duran bir çox sahəyə aid məsələlərin müzakirəsi üçün yaxşı imkan yaratdığı qeyd edildi.
Görüşdə ölkələrimiz arasında enerji, iqtisadi-ticari, biznes, təhlükəsizlik, müdafiə sənayesi, data mərkəzləri, süni intellekt, kənd təsərrüfatı, təhsil və digər sahələrdə əməkdaşlığın perspektivləri müzakirə olundu.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bakıda cüdo üzrə dünya çempionatının açılış mərasimi başlayıb.

Ən son

GÜNDƏM

Baki-baku.az xəbər verir ki, Lord Anas Sarvar Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş

GÜNDƏM

Baki-baku.az xəbər verir ki, Lord Anas Sarvar Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin