Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 10/06/2026

Paylaşın

GÜNDƏM

Bakı-Xankəndi Azərbaycan Velosiped Yarışının 2027-ci il üçün keçirilmə tarixləri müəyyənləşib

IMG-20261006-WA0007

Bakı-Xankəndi Azərbaycan Velosiped Yarışının 2027-ci ildə keçiriləcəyi tarixlər müəyyənləşib.

Bu barədə Baki-baku.az-a Azərbaycan Velosiped İdmanı Federasiyasından bildirilib.

Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) 2.1 kateqoriyasına daxil olan yarış mayın 9–13-də təşkil olunacaq və beynəlxalq federasiyanın rəsmi təqvim planına daxil edilib.

Yarışın idman əhəmiyyətini artıran əsas amillərdən biri də onun 2028-ci ildə Los-Ancelesdə keçiriləcək Yay Olimpiya Oyunlarına hazırlıq mərhələsinə təsadüf etməsidir. Olimpiya təsnifat prosesində reytinq xallarının əhəmiyyətli rol oynaması səbəbindən Bakı-Xankəndi Azərbaycan Velosiped Yarışında yüksək səviyyəli komandaların və idmançıların iştirakı, eləcə də mərhələlərdə daha gərgin və prinsipial mübarizənin müşahidə olunması gözlənilir.

Komandalar həm mərhələ və ümumi təsnifat üzrə yüksək nəticə əldə etmək, həm də Yay Olimpiya Oyunlarına gedən yolda reytinqlərini gücləndirmək üçün mübarizə aparacaqlar.

Bakı-Xankəndi Azərbaycan Velosiped Yarışı ölkənin idman, turizm və mədəni potensialını nümayiş etdirmək üçün mühüm beynəlxalq platforma olmaqla yanaşı, son illərdə ölkəmizdə, xüsusən işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən genişmiqyaslı quruculuq və bərpa işlərini dünya ictimaiyyətinə çatdırmaq baxımından xüsusi əhəmiyyət daşıyır.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bakının Səbail rayonunda, Şeyx Şamil küçəsində Formula 1 Azərbaycan Qran-prisi yarışı zamanı quraşdırılan yol nişanlarından birinin yarış başa

Ən son

GÜNDƏM

Bakı-Xankəndi Azərbaycan Velosiped Yarışının 2027-ci ildə keçiriləcəyi tarixlər müəyyənləşib.

GÜNDƏM

Bakı-Xankəndi Azərbaycan Velosiped Yarışının 2027-ci ildə keçiriləcəyi tarixlər müəyyənləşib.
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin