Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 10/04/2026

Paylaşın

GÜNDƏM

Sabaha olan hava proqnozu açıqlanıb

IMG_4395

Oktyabrın 5-də gözlənilən hava şəraiti açıqlanıb.

Baki-baku.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin axşam saatlarında bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 12-15, gündüz 18-22 dərəcə isti olacaq. Atmosfer təzyiqi 770 mm civə sütunundan 766 mm civə sütununa enəcək. Nisbi rütubət 60-70 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi proqnozlaşdırılır. Lakin Lənkəran-Astara bölgəsinin bəzi yerlərində arabir yağış yağacağı və şimşək çaxacağı gözlənilir. Gecə və səhər saatlarında bəzi ərazilərdə duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 9-14, gündüz 18-23 dərəcə isti olacaq. Dağlıq ərazilərdə gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz isə 5-10 dərəcə isti qeydə alınacaq.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu barədə Milli Məclisin deputatı Vüqar Bayramov Baki-baku.az-a açıqlamasında bildirib.

Ən son

İdman

UEFA Çempionlar Liqasında "Sabah"la üz-üzə gələcək İspaniyanın "Barselona" komandasının Bakıda media üçün açıq məşqinin vaxtı

İdman

UEFA Çempionlar Liqasında "Sabah"la üz-üzə gələcək İspaniyanın "Barselona" komandasının Bakıda media üçün açıq məşqinin vaxtı
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin