Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 10/01/2026

Paylaşın

GÜNDƏM

“SOCAR Balakhani” şirkəti yaradılıb

"SOCAR Balakhani"

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Balaxanı-Sabunçu-Ramana və Kürdəxanı yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında Saziş”in tələblərinə uyğun olaraq yeni şirkət – “SOCAR Balakhani” MMC-ni yaradıb.

Baki-baku.az-ın əldə etdiyi məlumata görə, yeni kommersiya qurumu bu il iyunun 19-da SOCAR-la eyni hüquqi ünvanda Bakı şəhəri, Nərimanov rayonu, Heydər Əliyev prospekti, 121-də dövlət qeydiyyatına alınıb.

Onun nizamnamə kapitalı 1 000 manat, qanuni təmsilçisi isə Bağırov Natiq Orucqulu oğludur.

Cəmiyyətin yaradılmasında əsas məqsəd Sazişin tələbləri çərçivəsində podratçı qismində çıxış edəcək SOCAR-ın ortaq neft şirkətinin Saziş üzrə müəyyən edilmiş İştirak Payı həddində hüquq və öhdəliklərinin icrasını təmin etməkdir. Şirkət Balaxanı-Sabunçu-Ramana və Kürdəxanı yataqlarının daxil olduğu blok üzrə Saziş çərçivəsində SOCAR-ın ortaq neft şirkəti kimi fəaliyyət göstərəcək və müəyyən edilmiş iştirak payı çərçivəsində müvafiq hüquq və öhdəlikləri həyata keçirəcək.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu barədə Milli Məclisin deputatı Vüqar Bayramov Baki-baku.az-a açıqlamasında bildirib.

Ən son

İdman

UEFA Çempionlar Liqasında "Sabah"la üz-üzə gələcək İspaniyanın "Barselona" komandasının Bakıda media üçün açıq məşqinin vaxtı

İdman

UEFA Çempionlar Liqasında "Sabah"la üz-üzə gələcək İspaniyanın "Barselona" komandasının Bakıda media üçün açıq məşqinin vaxtı
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin