Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 09/22/2026

Paylaşın

GÜNDƏM

Bakıda qlobal təhlükəsizlik və terrorçuluğa qarşı mübarizəyə həsr olunmuş beynəlxalq forum keçirilir

DTX

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) təşkilatçılığı ilə beynəlxalq təşkilatların, eləcə də 100-dən artıq ölkənin xüsusi xidmət orqanlarının rəhbərləri və yüksək səviyyəli nümayəndələrinin iştirakı ilə “Qlobal təhlükəsizlik arxitekturasında yeni çağırışlar və terrorçuluğa qarşı effektiv əməkdaşlıq mexanizmlərinin formalaşdırılması” mövzusunda IV Bakı Təhlükəsizlik Forumu öz işinə başlayıb.

Bu barədə Baki-baku.az-a DTX-dən məlumat verilib.

Bildirilib ki, tədbir açıq elan eadildikdən sonra Prezident İlham Əliyevin forum iştirakçılarına müraciəti oxunub.

Tədbirdə çıxış edən DTX-nin rəisi general-polkovnik Əli Nağıyev ölkə başçısının təşəbbüsü ilə əsası qoyulan və ildən-ilə əhatə dairəsi genişlənən forumun iştirakçılarını növbəti dəfə Bakı şəhərində salamlamaqdan məmnunluğunu bildirib.

Forumda qeyd olunub ki, Bakıda keçirilən beynəlxalq forum xüsusi xidmət və təhlükəsizlik orqanları üçün vacib dialoq platformasıdır.

600-ə yaxın yüksək səviyyəli nümayəndənin iştirakı qlobal təhlükələrə qarşı Forum çərçivəsində 2023-cü ildən başlanan davamlı dialoqun coğrafi miqyasının genişləndiyini göstərir, milli təcrübələrin müqayisəsi, peşəkar əlaqələrin inkişafı və birgə həllərin axtarışı üçün geniş imkanlar yaradır.

Tərəfdaş qurumların rəhbərlərinin geniş iştirakı Bakı platformasına olan etimadı göstərir və müzakirələrin praktiki əməkdaşlığa çevrilməsi imkanlarını artırır.

Forumun siyasi yanaşmalardakı fərqlərə baxmayaraq əməkdaşlığı təşviq etməsi ortaq təhlükələrə qarşı ünsiyyət kanallarının qorunması baxımından əhəmiyyətlidir.

Beynəlxalq təhlükəsizlik sistemində transformasiya gedir; terrorçuluq, transmilli cinayətkarlıq, qeyri-qanuni miqrasiya, narkotik dövriyyəsi və kibercinayətkarlıq halları artır.

Transsərhəd çağırışlarla təkbaşına mübarizə aparmaq mümkün deyil, bu səbəbdən etibarlı tərəfdaşlıq vacibdir.

Təhlükəsizlik təkcə sərhədlərin qorunması deyil; enerji, nəqliyyat, bank, su ehtiyatları, rabitə və informasiya məkanı dövlət xidmətlərinin dayanıqlığının mühüm tərkib hissələridir.

Kiberimkanlar, süni intellekt və kosmik sistemlər uğrunda qlobal rəqabət güclənir; silahlanma xərcləri və münaqişələr regional proseslərə, enerji və ərzaq təhlükəsizliyinə ciddi təsir edərək terrorçuluq üçün əlverişli zəmin yaradır.

Dünyanın istənilən regionundakı böhranlar qısa müddətdə qlobal təhlükəyə çevrilə bilər.

Bakı Təhlükəsizlik Forumunda risklərin və təhdidlərin qarşılıqlı əlaqədə qiymətləndirilməsi ölkələrin daha hazırlıqlı olmasına xidmət edir.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Prezident yanında Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Agentliyi "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" qanuna əsasən " OBA Market"

Ən son

GÜNDƏM

Bakıda küçələrdən birinə Əhməd Yasəvinin adı verilib.

GÜNDƏM

Bakıda küçələrdən birinə Əhməd Yasəvinin adı verilib.
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin