Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 09/22/2026

Paylaşın

GÜNDƏM

Leyla Əliyevanın təşəbbüsü ilə Bilgəhdə sahilyanı təmizlik aksiyası keçirilib

Bilgəh, Təmizlik aksiyası

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə Bilgəh qəsəbəsində yerləşən ictimai çimərlikdə sahilyanı təmizlik aksiyası keçirilib.

Baki-baku.az xəbər verir ki, çimərlik mövsümünün bitməsilə əlaqədar IDEA tərəfindən “Sahillər təmiz qalsın!” şüarı altında Ümumdünya Təmizlik Günü (World Cleanup Day) çərçivəsində təşkil olunan aksiyada 150-dən çox könüllü iştirak edib.

Aksiya zamanı sahilyanı ərazilərdən 2 tondan çox tullantı toplanıb. Zəruri sanitar ləvazimatlarla təmin olunmuş könüllülər tərəfindən toplanan tullantılar “Təmiz Şəhər” ASC-nin Balaxanı bərk məişət tullantılarının çeşidlənməsi zavoduna təhvil verilib.

Aksiyanın əsas məqsədi dəniz sahillərinin təmiz saxlanılmasını təşviq etmək, sahilyanı ərazilərin məişət tullantıları ilə çirkləndirilməsinin qarşısının alınmasına diqqəti artırmaq və ictimaiyyəti dəniz və sahilyanı ekosistemlərin mühafizəsinə daha fəal cəlb etməkdir.

Qeyd edək ki, IDEA İctimai Birliyi Xəzər dənizinin bioresurslarının qorunması, sahilyanı ərazilərin təmiz saxlanılması və cəmiyyətdə ekoloji məsuliyyətin gücləndirilməsi istiqamətində mütəmadi olaraq müxtəlif maarifləndirici və praktiki ekoloji təşəbbüslər həyata keçirir.

IDEA hər kəsi təbiətin mühafizəsinə məsuliyyətlə yanaşmağa, sahillərimizin təmizliyini qorumağa və gələcək nəsillər üçün daha sağlam, təmiz və dayanıqlı ətraf mühitin formalaşdırılmasına töhfə verməyə çağırır.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bakının Səbail rayonu, Əhməd Cavad küçəsində ağacın oyuq hissəsinə atılan siqaret tullantısı yanğına səbəb olub.

Ən son

İdman

"Qaradağ-Lökbatan" Peşəkar Futbol MMC ləğv olunduğunu elan edib.

İdman

"Qaradağ-Lökbatan" Peşəkar Futbol MMC ləğv olunduğunu elan edib.
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin