Bakının Neapol dairəsi yaxınlığında, Neapol küçəsində aparılan asfaltlama işləri sürücülərin diqqətini çəkib.
Küçənin yol hissəsinin yalnız bir tərəfinin asfaltlandığı ərazidə hərəkət zamanı müəyyən çətinliklər yaranıb.
Baki-baku.az xəbər verir ki, ərazidə aparılan işlərdən sonra yolun asfaltlanan hissəsinin səthinin kifayət qədər hamar olmadığı müşahidə olunur. Yeni asfalt örtüyü yolun ayrı-ayrı hissələrində qeyri-bərabər göründüyündən avtomobillərin hərəkəti zamanı sürücülər üçün narahatlıq yaradır.
Xüsusilə yolun asfaltlanmış hissəsində səthin tam hamarlanmadığı, bəzi yerlərdə isə hündürlük fərqlərinin olduğu diqqət çəkir. Bu vəziyyət nəqliyyat vasitələrinin rahat hərəkətinə mane olur.
Sürücülər üçün əsas gözlənti asfalt örtüyünün tam və keyfiyyətli şəkildə salınması, yol səthinin hərəkət üçün hamar vəziyyətə gətirilməsidir.
Qeyd edək ki, asfaltlama işlərinin əsas məqsədi yolun hərəkət şəraitini yaxşılaşdırmaqdır. Bu baxımdan, işlər başa çatdıqdan sonra yolun yekun vəziyyətinin sürücülərin rahat və təhlükəsiz hərəkətinə imkan verib-verməyəcəyi xüsusi əhəmiyyət daşıyır.

