Təmir-quraşdırma işlərinin aparılması ilə əlaqədar sentyabrın 17-də saat 10:00-dan işlər yekunlaşanadək Sabunçu və Xətai rayonlarında qaz təchizatında qısamüddətli fasilə yaranacaq.
Baki-baku.az xəbər verir ki, bu barədə “Azəriqaz” İB məlumat yayıb.
Bildirilib ki, rayonun R.Axundov, Oktyabr, N.Zeynalova küçələrinin, Yeni yaşayış massivinin və Xətai rayonunun M.Hadi, A.Rəhimov küçələrinin, Əhmədli qəsəbəsində 1-ci və 5-ci Rezervuar küçələrinin və Babək prospektinin qaz verilişində qısamüddətli fasilə olacaq.