Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 09/12/2026

Paylaşın

GÜNDƏM

Bakıda növbəti genişmiqyaslı təmizlik və abadlıq işləri aparılıb

Təmizlik və abadlıq işləri, Bakı, Təmizlik, Abadlıq

Payız mövsümünün gəlişi ilə əlaqədar paytaxtın sanitar-təmizlik vəziyyətinin daha da yaxşılaşdırılması məqsədilə Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən şənbə günü, sentyabrın 12-də şəhərdə növbəti genişmiqyaslı təmizlik və abadlıq işləri həyata keçirilib.

Baki-baku.az xəbər verir ki, səhər saatlarından etibarən kommunal təsərrüfat xidmətlərinin xüsusi texnikası vasitəsilə bitki və canlılara zərər verməyən yuyucu vasitələrdən istifadə olunmaqla paytaxtın əsas küçə və prospektləri, eləcə də məhəllədaxili və ara yollar yuyulub.

Təmizlik işləri zamanı səkilər, bordürlər, işıq dirəkləri, məhəccərlər, park və istirahət məkanlarındakı oturacaqlar yuyulub, həyət və yaşayış məhəllələrində səliqə-sahman işləri görülüb. Eyni zamanda, ictimai iaşə, ticarət və digər obyektlərin vitrinləri təmizlənib, onların ətraf ərazilərində abadlıq işləri aparılıb.

Mövsümlə əlaqədar Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinin əməkdaşları tərəfindən küçə və prospektlər boyunca ağac və yaşıllıqlara aqrotexniki qulluq göstərilib, ağaclar yuyulub, qurumuş budaqlar budanıb.

Qabaqlayıcı tədbirlər çərçivəsində xəstə və qurumuş ağaclar götürülərək onların yerində Bakı iqliminə uyğun yeni ağacların əkilməsi davam etdirilib. Şəhərin park, bağ və digər yaşıllıq ərazilərində mövsümə uyğun rəngbərəng güllər əkilərək müxtəlif dekorativ kompozisiyalar yaradılıb.

Paytaxtın bütün rayonlarını əhatə edən təmizlik, abadlıq və yaşıllaşdırma tədbirləri bundan sonra da davam etdiriləcək.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Elektrik naqillərinin altında sürüşə-sürüşə gedən trolleybusların özünəməxsus uğultusu vardı.

Ən son

GÜNDƏM

Bu barədə Baki-baku.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

GÜNDƏM

Bu barədə Baki-baku.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin