Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 09/07/2026

Paylaşın

İdman

Bakıda kamandan oxatma üzrə şəhər çempionatı keçiriləcək

Oxatma

Bakıda Azərbaycan Kamandan Oxatma Federasiyası (AKOF) və Bakı Şəhər Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə kamandan oxatma üzrə paytaxt çempionatı keçiriləcək.

Bu barədə Baki-baku.az-a AKOF-un mətbuat xidmətindən məlumat verilib.

Hövsan Olimpiya İdman Kompleksinin stadionunda beynəlxalq standartlara uyğun olimpiya sistemi əsasında baş tutacaq yarışda 50-yə yaxın idmançı mübarizə aparacaq. U-15 kateqoriyalı idmançılar 40 metr, böyüklər isə 70 metr məsafədən hədəfi nişan alacaqlar.

Üç gün davam edəcək yarışın proqramına əsasən, sentyabrın 18-də idmançıların məşq və sınaq atışları, 19-da təsnifat və əsas seçmə mərhələləri, 20-də isə final qarşılaşmaları və mükafatlandırma mərasimi təşkil ediləcək.

Çempionatda fərqlənən oxatanlar müvafiq dərəcəli diplom və medallarla təltif olunacaqlar.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Prezident İlham Əliyevin sosial media hesablarında sentyabrın 6-da Hərbi Dəniz Qüvvələrinin (HDQ) qərargahını ziyarətinə dair videoçarx paylaşılıb.

Ən son

SİYASƏT

Rusiya Prezidenti Vladimir Putin sentyabrın 7-də Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib.

SİYASƏT

Rusiya Prezidenti Vladimir Putin sentyabrın 7-də Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib.
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin