Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 09/07/2026

Paylaşın

GÜNDƏM

Akademik Musiqili Teatr yeni mövsümə başladı

Azərbaycan Dövlət Akademik Musiqili Teatrı

Azərbaycan Dövlət Akademik Musiqili Teatrında 117-ci mövsümün başlanması ilə əlaqədar yaradıcı heyətlə görüş keçirilib.

Baki-baku.az xəbər verir ki, sənət ocağının direktoru Aqil Bəhramlı bu münasibətlə kollektivi təbrik edib, onlara yaradıcılıq uğurları arzulayıb. Teatr rəhbəri ötən mövsümdə görülən işləri sadalamaqla yanaşı, yeni mövsümün bir sıra planlarını açıqlayıb:

“Musiqili Teatrın ötən mövsümündə müxtəlif tamaşalar hazırlanıb, teatrın yaradıcı heyəti respublikamızda keçirilən tədbirlərdə, eyni zamanda xarici ölkələrdə təşkil olunan bir sıra beynəlxalq müsabiqə və festivallarda iştirak edib.

Bu mövsümdə də bir çox maraqlı layihələr həyata keçiriləcək, yeni tamaşalarımızın premyeraları olacaq ”.

Görüşdə Xalq artistləri İlham Namiq Kamal və Afaq Bəşirqızı da çıxış edərək kollektivi təbrik edib, onlara cansağlığı, yaradıcılıq uğurları arzulayıblar.

Qeyd edək ki, Azərbaycan Dövlət Akademik Musiqili Teatrının 117-ci mövsümünün rəsmi açılışı 18 Sentyabr — Milli Musiqi Günündə dahi bəstəkar Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettası ilə olacaq.

Kollektiv bütün teatrsevərləri teatrın tamaşalarını izləməyə dəvət edir.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən, yağmursuz keçəcəyi, lakin gündüzdən bəzi

Ən son

GÜNDƏM

"Bakı Metrosu" QSC-nin "İnşaatçılar", "Nizami" və "28 May" stansiyaları arasında fəaliyyət göstərən M2 nömrəli ekspres

GÜNDƏM

"Bakı Metrosu" QSC-nin "İnşaatçılar", "Nizami" və "28 May" stansiyaları arasında fəaliyyət göstərən M2 nömrəli ekspres
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin