Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 09/06/2026

Paylaşın

GÜNDƏM

Prezident İlham Əliyev Hərbi Dəniz Qüvvələrində olub

Hərbi Dəniz Qüvvələri

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Hərbi Dəniz Qüvvələrində olublar.

Baki-baku.az xəbər verir ki, müdafiə naziri general-polkovnik Zakir Həsənov Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevə raport verdi.

Dövlət başçısı və birinci xanım Hərbi Dəniz Qüvvələrinin qərargahının qarşısında Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyaraq, Ulu Öndərin xatirəsinə ehtiramlarını bildirdilər.

Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya Müdafiə Nazirliyinin tabeliyində fəaliyyət göstərən “MİRAS Hərbi-Sənaye Şirkəti” MMC-nin və “DEARSAN Gəmi İnşaat Sənaye” AŞ-nin birgə istehsalat sahəsində qabaqcıl texnoloji innovasiyaların tətbiqi ilə hazırlanan SALVO (SİDV) silahlı insansız dəniz vasitələri, KAYRA (KİDV) kamikadze insansız dəniz vasitələrinin təyinatı və taktiki-texniki xüsusiyyətləri barədə məlumat verildi.

Sonra dövlət başçısı və birinci xanım istehsalat sahəsində görülən işlərlə tanış oldular.

Daha sonra burada istehsal olunan insansız dəniz vasitələri praktiki sınaqdan keçirildi.

Sonda Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin sədrliyi ilə hərbi quruculuq məsələlərinə dair operativ müşavirə keçirildi.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bakının Moskva prospekti (kənar yol), Rəşid İsmayılov (Biləcəri enişi) və Natəvan küçələrində aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat

Ən son

GÜNDƏM

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev və birinci xanım Mehriban

GÜNDƏM

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev və birinci xanım Mehriban
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin