Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 09/06/2026

Paylaşın

GÜNDƏM

Əlverişsiz hava şəraiti ilə bağlı BDYPİ-dən sürücülərə xəbərdarlıq

BDYPİ

Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) əlverişsiz hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına müraciət edib.

Baki-baku.az həmin müraciəti təqdim edir:

“Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, qarşıdakı günlərdə ölkə ərazisində qeyri-sabit və yağıntılı hava şəraitinin müşahidə olunacağı, bəzi ərazilərdə yağıntıların intensivləşəcəyi və güclü külək əsəcəyi proqnozlaşdırılır.

Baş Dövlət Yol Polisi İdarəsi əlverişsiz hava şəraitinin yollarda yarada biləcəyi çətinlikləri nəzərə alaraq, hərəkət iştirakçılarını daha diqqətli və məsuliyyətli olmağa çağırır.

Sürücülərə yağışlı havada sürət həddini yol və hava şəraitinə uyğun seçmək, ara məsafəsini artırmaq, kəskin manevrlər etməkdən və qəfil tormozlamadan çəkinmək, eləcə də işıq cihazlarından düzgün istifadə etmək tövsiyə olunur. Güclü külək zamanı, xüsusilə yük, qoşqulu və tentli nəqliyyat vasitələrinin sürücüləri küləyin nəqliyyat vasitəsinin hərəkət dayanıqlığına təsirini nəzərə almalıdırlar.

İntensiv yağıntı nəticəsində su basmış və ya sel təhlükəsi olan yol sahələrinə daxil olmamaq, belə ərazilərdə mövcud məhdudiyyətlərə və polis əməkdaşlarının göstərişlərinə ciddi əməl etmək vacibdir.

Baş Dövlət Yol Polisi İdarəsi bir daha hərəkət iştirakçılarını dəyişkən hava şəraitini nəzərə almağa, yollarda tələsməməyə və təhlükəsizlik qaydalarına riayət etməyə çağırır”.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bakının Moskva prospekti (kənar yol), Rəşid İsmayılov (Biləcəri enişi) və Natəvan küçələrində aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat

Ən son

GÜNDƏM

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev və birinci xanım Mehriban

GÜNDƏM

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev və birinci xanım Mehriban
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin