Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 09/04/2026

Paylaşın

GÜNDƏM

Bakıda Arıçılıq Məhsullarının Sərgi-Satış Yarmarkası keçiriləcək

Arıçılıq Məhsullarının Sərgi-Satış Yarmarkası, Arıçılıq, Yarmarka

Bakıda Kənd Təsərrüfatı Nazirliyinə məxsus “Aqrar Tədarük və Təchizat” ASC-nin və “Azərbaycan Arıçılar Assosiasiyası” İctimai Birliyinin birgə təşkilatçılığı ilə 26-cı Arıçılıq Məhsullarının Respublika Sərgi-Satış Yarmarkası keçiriləcək.

Baki-baku.az nazirliyə istinadən xəbər verir ki, yarmarkada iştirak üçün qeydiyyat 7 sentyabr saat 11:00-dan 9 sentyabr saat 23:59-a qədər bal.kendden.az portalı üzərindən onlayn qaydada həyata keçiriləcək.

Qeydiyyat yalnız Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində (EKTİS) 2026-ci il sentyabr ayının 1-nə qədər minimum 40 arı ailəsi ilə təsərrüfatlarını bəyan etmiş fermerlər üçün açıq olacaq. Yarmarkada iştirak hüququ qazanmış arıçılara isə SMS vasitəsilə məlumat veriləcək.

Arıçı fermerlərin hər biri yarmarkada maksimum 450 kq bal (qablaşdırma ilə birlikdə) və 30 ədəd şan satışa çıxara bilər. Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən məhsullardan saxaroza nümunələri götürülərək laboratoriya şəraitində yoxlanılacaq. Göstəriciləri keyfiyyət və qida təhlükəsizliyi standartlarına uyğun olmayan məhsullar yarmarkada satışa buraxılmayacaq.

Yarmarkaya müraciət və analizlər ödənişli şəkildə həyata keçiriləcək. Yarmarkada iştirak edən arıçılar satış yeri, lazımi ləvazimatlar, marketinq və PR dəstəyi eyni zamanda digər zəruri xidmətlərlə təmin olunacaqlar.

Bənzər Xəbərlər

Материал подготовлен редакцией BakiBaku

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Hər il 4 sentyabrda qədim koreya döyüş sənətinə həsr olunmuş bayram - Beynəlxalq Taekvondo Günü (International Taekwondo Day)

Ən son

GÜNDƏM

"Bakı Metropoliteni" QSC-nin paytaxtın Nəsimi rayonunun Cəlil Məmmədquluzadə küçəsi, 194 ünvanında yerləşən yeni stansiyası "20

GÜNDƏM

"Bakı Metropoliteni" QSC-nin paytaxtın Nəsimi rayonunun Cəlil Məmmədquluzadə küçəsi, 194 ünvanında yerləşən yeni stansiyası "20
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin