Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 09/04/2026

Paylaşın

İQTİSADİYYAT

ASCO-nun mənfəəti 38 dəfə artıb

ASCO, "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO) bu ilin I yarısını 23,386 milyon manat mənfəətlə başa vurub.

Baki-baku.az səhmdar cəmiyyətinin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 37,85 dəfə çoxdur.

Yanvar-iyun aylarında ASCO-nun əməliyyat gəlirləri 256,421 milyon manat (1 il əvvələ nisbətən 3,6 % çox), o cümlədən dəniz nəqliyyatı xidmətindən gəlirləri 113,105 milyon manat (13,2 % çox), yük və sərnişin daşımalarından gəlirləri 127,584 milyon manat (1,9 % az), digər gəlirləri isə 15,732 milyon manat (9,9 % az) təşkil edib.

Bundan başqa, dövlət şirkət 6 ay ərzində 3,66 milyon manat qeyri-əməliyyat gəlirləri də əldə edib (ötən ilin eyni dövründə xərc olub).

Hesabat dövründə gəmiçiliyin ümumi xərcləri isə 236,695 milyon manat təşkil edib. Bu isə illik müqayisədə 4,35 % azdır.

Bu il iyulun 1-nə ASCO-nun aktivləri 1 milyard 789,666 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 0,3 % azdır. Hesabat dövründə səhmdar cəmiyyətinin öhdəlikləri 18,3 % artaraq 603,904 milyon manata çatıb, balans kapitalı isə 7,7 % azalaraq 1 milyard 185,762 milyon manata düşüb.

Xatırladaq ki, ASCO 2014-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 440,051 milyon manatdır. Şirkət 100 % dövlətə məxsusdur.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Baki-baku.az xəbər verir ki, Rusiya Yazıçılar Birliyinin, “Rossiyskiy kolokol” nəşrinin və Beynəlmiləl Yazıçılar Təşkilatının (BYT) təsis etdiyi bu

Ən son

İQTİSADİYYAT

"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC (ASCO) bu ilin I yarısını 23,386 milyon manat mənfəətlə başa

İQTİSADİYYAT

"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC (ASCO) bu ilin I yarısını 23,386 milyon manat mənfəətlə başa
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin