Yerli vaxtla saat 03:39-da Şamaxı rayonunda 3.9 maqnitudada zəlzələ qeydə alınıb.
Baki-baku.az xəbər verir ki, bu barədə AMEA nəzdində Respubika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin Tədqiqatı Bürosu məlumat yayıb.
Məlumata görə, zəlzələ Pirqulu stansiyasından 23 km cənub-qərbdə qeydə alınıb. Zəlzələ ocağı 14 kilometr dərinlikdə yerləşib.
Təbiət hadisəsi hiss olunmayıb.