Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 08/31/2026

Paylaşın

GÜNDƏM

Bakıda yayın son konserti keçirildi

Konsert

İsti yay axşamlarında paytaxt sakinlərinin asudə vaxtının daha səmərəli təşkili məqsədilə Bakı Şəhər İcra Hakimiyyəti və rayon İcra hakimiyyətlərinin birgə təşkilatçılığı ilə istirahət günlərində şəhərin sakinləri və çoxsaylı qonaqlarının sevimli istirahət yerlərindən olan Nərimanov rayonundakı yeni parkda, Yasamal rayonundakı “Meşə”, Nizami rayonundakı Heydər Əliyev, Xətai rayonundakı “Nizami Gəncəvi” və Səbail rayonundakı Mərkəzi Nəbatat parklarında açıq hava konsertləri keçirilir.

Bu barədə Baki-baku.az-a Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, həftə sonu artıq dördüncü dəfədir ki, paytaxtın bu beş istirahət məkanında növbəti dəfə kütləvi konsert proqramları təşkil edilib.

Konsert proqramlarının keçirildiyi park və istirahət bağları paytaxt sakinlərinin ən çox üz tutduğu istirahət məkanlarındandır. Burada insanların asudə vaxtlarını rahat və mənalı keçirməsi üçün hər cür şərait yaradılıb. Geniş yaşıllıq zolaqları, istirahət guşələri və uşaq əyləncə meydançaları bu məkanları ziyarətçilər üçün cəlbedici edir. Gün ərzində uşaqlar burada oynayır, ailələr piknik edir, gənclər və yaşlı nəslin nümayəndələri isə təmiz hava və sakit mühitdən zövq alaraq dincəlirlər. Hazırda bu parklar minlərlə sakinin sevimli görüş və istirahət ünvandır.

Peşəkar və gənc ifaçılar, müxtəlif musiqi qruplarının iştirak etdiyi axşam konsertlərində xalq, milli və xarici estrada və klassik musiqi nümunələri, eləcə də müxtəlif instrumental ifalar səsləndirilib, Mərkəzi Nəbatat bağında təcrübəli pedaqoqlar uşaqlara ustad dərsləri keçiblər. Rəngarəng repertuar, canlı ifalar və xoş atmosfer parklara istirahət üçün üz tutan sakinlərə unudulmaz axşam yaşadıb.

Konsertlərdə iştirak edən ifaçıların çıxışları tamaşaçılar tərəfindən maraq və alqışlarla qarşılanıb. Sakinlər, xüsusilə konsertdə iştirak edən müxtəlif yaş qruplarına aid uşaqlar, gənclər xoş musiqilərin sədaları altında rəqs ediblər.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bakı–Ələt–Qazax–Gürcüstanla dövlət sərhədi avtomobil yolunun 55-ci km-də, paytaxtın Qaradağ rayonunun Qobustan qəsəbəsi ərazisində yeni körpünün dayaqlarının inşası başa

Ən son

GÜNDƏM

Azərbaycanda sentyabarın 1-də havanın yağışlı keçəcəyi gözlənilir.

GÜNDƏM

Azərbaycanda sentyabarın 1-də havanın yağışlı keçəcəyi gözlənilir.
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin