Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 08/27/2026

Paylaşın

İdman

“Qarabağ” UEFA Konfrans Liqasında mübarizəni dayandırıb, 12 illik seriya qırılıb – YENİLƏNİB-2

UEFA Konfrans Liqası, "Qarabağ" - "Tvente", Kadi Borges

“Qarabağ” UEFA Konfrans Liqasında mübarizəni dayandırıb.

Baki-baku.az xəbər verir ki, Qurban Qurbanovun baş məşqçisi olduğu komanda pley-off mərhələsinin cavab oyununda Niderlandın “Tvente” kollektivini qəbul edib.

Tofiq Bəhramov adına Respublika stadionundakı qarşılaşmanın əsas vaxtı rəqibin 2:1 hesablı qələbəsi ilə bitib.

59-cu dəqiqədə “köhlən atlar”ın heyətində Kadi Borges fərqlənib. Qonaqlarda Marko Pyatsa 80-ci dəqiqədə tarazlığı bərpa edib. 90+2-ci dəqiqədə Maks Bryuns adını tabloya yazdırıb.

Niderlandda Azərbaycan təmsilçisi 1:0 hesabı ilə qalib gəldiyi üçün görüşdə əlavə vaxta ehtiyac duyulub. 94-cü dəqiqədə Vaut Veqhorst Enshede komandasının növbəti qoluna imza atıb. 106-cı dəqiqədə Marko Yankoviç ağdamlıları azlıqda qoyub. 115-ci dəqiqədə Yunes Taha hesabı 4:1 edib.

Beləliklə, ardıcıl 12 mövsümdə avrokubokların əsas mərhələsində mübarizə aparan “Qarabağ”ın uğurlu seriyası da qırılıb.

***

21:38

UEFA Konfrans Liqası: “Qarabağ” “Tvente” ilə oyunda hesabı açıb

UEFA Konfrans Liqasının pley-off mərhələsinin “Qarabağ” – “Tvente” (Niderland) oyununda hesab açılıb.

Baki-baku.az xəbər verir ki, matçda ilk qolunu Azərbaycan təmsilçisi vurub.

59-cu dəqiqədə Kadi Borges fərqlənib.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bakıda avqustun 27-də 31 dərəcə isti, rayonlarda isə yağışlı hava gözlənilir.

Ən son

Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin