Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 08/17/2026

Paylaşın

İdman

Çempionlar Liqası: “Sabah” Buxarestdə “Hapoel”ə qarşı matçda dəstəksiz qalmayacaq

“Sabah” UEFA Çempionlar Liqasının pley-off mərhələsində Rumıniyanın paytaxtı Buxarestdə “Hapoel”ə (Beer-Şeva) qarşı keçirəcəyi səfər matçında dəstəksiz qalmayacaq.
Bu barədə Baki-baku.az-a paytaxt klubunun mətbuat katibi Elnur Həmidov məlumat verib.
Onun sözlərinə görə, Rumıniyada yaşayan azərbaycanlıların komandaya stadiodan dəstək verməsi gözlənilir. Bu barədə kluba artıq müraciətlər də daxil olub. Lakin konkret say oyun günündə bəlli olacaq.
Klub rəsmisi komandanın səfərə bu gün günorta saatlarında çarter reysi ilə yollanacağını da bildirib.
Qeyd edək ki, “Hapoel” – “Sabah” matçı avqustun 19-da, Bakı vaxtı ilə saat 23:00-da Buxarestdəki “Quleşti” stadionunda start götürəcək.
Komandalar arasında cavab matçı avqustun 25-də Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq. Bu qarşılaşmaya saat 20:45-də start veriləcək.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Baki-baku.az xəbər verir ki, Milli Hidrometeorologiya Xidməti bununla bağlı sarı və narıncı xəbərdarlıq verib.

Ən son

GÜNDƏM

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ukraynanın sabiq prezidenti Viktor Yuşenko ilə görüşüb.

GÜNDƏM

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ukraynanın sabiq prezidenti Viktor Yuşenko ilə görüşüb.
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin