Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺
Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 11/14/2024

Paylaşın

DİGƏR XƏBƏRLƏR

Bakıda bir sıra marşrut xətlərinin fəaliyyəti bərpa edilib

C17D1782-63BA-4F1D-9045-F1AC3B341C75

Bu gündən bir sıra marşrut xətlərinin fəaliyyəti bərpa edilib.
Baki-Baku.az xəbər verir ki, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) məlumatına əsasən, hərəkət sxemləri bərpa edilən xətt avtobusları bunlardır – 3, 5, 17, 18, 21, 30, 32, 36, 39, 49, 61, 88, 65, 77, 120, 125, 140, 149, 150, 160 və 141E.
Hərəkət sxemləri metronun “Ulduz” stansiyasına müvəqqəti təyin edilən 118A, 118B, 148, 173A və 173B nömrəli marşrutların fəaliyyəti Balaxanı yolu ilə təşkil edilir.
Qeyd olunub ki, digər müntəzəm marşrutların fəaliyyətinin bərpa edilməsi prosesi də mərhələli şəkildə təmin olunacaq.
Xatırladaq ki, Bakıda BMT-nin İqlim Dəyişikliyi üzrə çərçivə Konvensiyasının Tərəfləri Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində 57 marşrut xəttinin hərəkət sxemi müvəqqəti dəyişdirilib, 15 marşrut xəttinin fəaliyyəti dayandırılıb.

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bakı metrosunun "Ulduz" stansiyasının vestibülündə 28 oktyabr 1995-ci il faciəsi qurbanlarına həsr olunan memorial yaradılıb.
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin