Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması və artan yük tələbatının qarşılanması məqsədilə bu gün bəzi ərazilərdə təmir-təftiş işləri aparılacaq.
Baki-baku.az xəbər verir ki, bu barədə “Azərişıq” ASC məlumat yayıb.
Məlumata görə, görüləcək işlərlə əlaqədar Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) xidmət ərazisində saat 10:00-dan 13:00-dək İnşaatçılar prospektinin və Nəriman Nərimanov prospektinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət tətbiq olunacaq.
Xətai rayonunda isə cari təmir işləri ilə əlaqədar saat 09:00-dan 17:00-dək Xocalı prospekti, Natiq Əliyev, Fəzail Bayramov, İzzət Orucova, Ayaz İsmayılov və Mehdi Mehdizadə küçələrində elektrik enerjisinin verilişində fasilə yaranacaq.
Bildirilib ki, təmir işləri başa çatdıqdan sonra qeyd olunan ərazilər daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin ediləcək.