Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 07/21/2026

Paylaşın

GÜNDƏM

Bakının dörd rayonunda işıq olmayacaq

IMG-20260721-WA0012

Elektrik enerjisinin verilişinin keyfiyyət göstəricilərinin artırılması və artan yük tələbatının qarşılanması məqsədilə iyulun 21-də Bakının bəzi ərazilərində elektrik enerjisinin verilişində müəyyən saatlarda fasilə yaranacaq.

Baki-baku.az xəbər verir ki, bu barədə “Azərişıq” ASC məlumat yayıb.

Bildirilib ki, Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) ərazisində yerləşən transformator məntəqəsində aparılacaq təmir işləri ilə əlaqədar saat 10:00-dan 13:00-dək Təbriz Xəlilbəyli, Lev Tolstoy, Mirzə İbrahimov, Süleyman Tağızadə, Xıdır Mustafayev, Xaqan Dadaşov, Mirzə Cabbar Məmmədzadə, Abbas Mirzə Şərifzadə, Məmməd Şərif Həmidov, İsrafil Məmmədov, İslam Səfərli, Əlövsət Quliyev, Əli Aslanov və Bəşir Səfəroğlu küçələrinin bir hissəsində elektrik enerjisinin verilişində fasilə olacaq.

Nizami rayonunda saat 10:00-dan 14:00-dək Yavər Səfərov küçəsinin bir hissəsində aparılacaq təmir-təftiş işləri ilə əlaqədar elektrik enerjisinin verilişi müvəqqəti məhdudlaşdırılacaq.

Səbail rayonunun Bayıl qəsəbəsində saat 10:00-dan 12:00-dək Gülbala Əliyev və Bünyad Sərdarov küçələrində elektrik enerjisinin verilməsi müvəqqəti dayandırılacaq.

Suraxanı rayonunun Zığ qəsəbəsində Rövşən Göyüşov küçəsində isə saat 10:00-dan 14:00-dək elektrik enerjisinin verilişində müvəqqəti fasilə tətbiq ediləcək.

Təmir işləri başa çatdıqdan sonra həmin ərazilər daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunacaq.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Qaşqarda ilk türk – müsəlman dövlətinin təməlini qoyan, İslamı bir din olaraq qəbul etdirən, adı Cəbrail əleyhissəlam tərəfindən

Ən son

GÜNDƏM

Azərbaycan Kamandan Oxatma Federasiyasının təşkilatçılığı ilə jurnalistlər arasında ilk dəfə 22 İyul – Milli Mətbuat

GÜNDƏM

Azərbaycan Kamandan Oxatma Federasiyasının təşkilatçılığı ilə jurnalistlər arasında ilk dəfə 22 İyul – Milli Mətbuat
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin