Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 07/10/2026

Paylaşın

GÜNDƏM

Qaradağda 3 fərqli yol sahəsində yeni avtomobil körpüləri tikilir

IMG-20260710-WA0011

Bakının Qaradağ rayonunda 3 fərqli yol sahəsində yeni avtomobil körpüləri tikilir.

Bu barədə Baki-baku.az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) məlumat verilib.

Bildirilib ki, hər üç körpü bir aşırımlı olmaqla layihələndirilib.

Körpülərdən biri Bakı–Ələt–Qazax–Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun 55-ci kilometrində, Qobustan qəsəbəsi ərazisində tikilir.

Hazırda tikinti işləri yekun mərhələyə çatıb və körpünün asfalt-beton örtüyünün salınması üçün hazırlıq işləri aparılır.

Digər körpü Səngəçal–Çeyildağ avtomobil yolunun 13-cü kilometrində tikilir. Burada dayaqların inşası üçün svaylar vurulub, bünövrənin betonlanmasına hazırlıq işləri görülür.

Üçüncü körpü isə Lökbatan–Güzdək avtomobil yolunun 2,2-ci kilometrində tikilir. Hazırda birinci kənar dayağın inşası davam etdirilir, ikinci dayağın isə bünövrəsi artıq hazırdır.

Körpülərin tikintisi inşaat norma və qaydalarına uyğun şəkildə aparılır. Yeni körpülər istismara verildikdən sonra həmin yol sahələrində nəqliyyatın hərəkətinin daha rahat və təhlükəsiz təşkilinə xidmət edəcək.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Seyid Əzim Şirvani də məhz belə taleyi yaşayan böyük maarifçilərdən idi.

Ən son

GÜNDƏM

Bakının Qaradağ rayonunda 3 fərqli yol sahəsində yeni avtomobil körpüləri tikilir.

GÜNDƏM

Bakının Qaradağ rayonunda 3 fərqli yol sahəsində yeni avtomobil körpüləri tikilir.
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin