Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 07/07/2026

Paylaşın

İQTİSADİYYAT

Bu il Bakıda ticarət dövriyyəsinin həcmi 4 % artıb

Ticarət dövriyyəsi, Ticarət

Bu ilin yanvar-may aylarında Bakıda pərakəndə ticarət dövriyyəsinin həcmi 15 milyard 107,1 milyon manat olub.

Bu barədə Baki-baku.az-a Bakı şəhər Statistika İdarəsindən məlumat verilib.

Bildirilib ki, bu, 2025-ci ilin 5 ayı ilə müqayisədə 4 % çoxdur.

Ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri əvvəlki ilin yanvar-may ayları ilə müqayisədə 2,2 % artaraq 8 milyard 189 milyon manata, qeyri-ərzaq məhsullarının həcmi isə 6,7 % artaraq 6 milyard 918,1 milyon manat olub.

Əvvəlki ilin eyni dövrü ilə müqayisədə cari ilin yanvar-may aylarında pərakəndə ticarət dövriyyəsi real ifadədə müəssisələr üzrə 1 %, fərdi sahibkarlar, bazar və yarmarkalarda isə 5,9 % artıb.

İstehlak məhsullarının 38,5 %-i hüquqi şəxs statuslu müəssisələrdə, 48,3 %-i fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 13,2 %-i isə paytaxtın məhsul bazarlarında satılıb.

Qeyd edək ki, bu ilin yanvar-may aylarında Azərbaycanda pərakəndə ticarət şəbəkəsində istehlakçılara 25 milyard 510,7 milyon manatlıq, o cümlədən 14 milyard 151,8 milyon manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 11 milyard 358,9 milyon manatlıq qeyri-ərzaq malları satılıb. 2025-ci ilin yanvar-may ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 3,8 %, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 1,5 %, qeyri-ərzaq malları üzrə 6,7 % artıb.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu ilin yanvar-may aylarında Bakıda ictimai iaşə dövriyyəsinin həcmi 855 milyon manat olub.

Ən son

İQTİSADİYYAT

Bu ilin yanvar-may aylarında Bakı şəhərində yerinə yetirilmiş ümumi inşaat işlərinin 86,2 %-ini qeyri-dövlət tikinti

İQTİSADİYYAT

Bu ilin yanvar-may aylarında Bakı şəhərində yerinə yetirilmiş ümumi inşaat işlərinin 86,2 %-ini qeyri-dövlət tikinti
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin