Nəşr edilmişdir 11/05/2024

Paylaşın

ƏSAS XƏBƏRLƏR

80-dən çox dövlətin liderləri COP29 çərçivəsində Dünya İqlim Fəaliyyəti Sammitində çıxış edəcəklər

COP20

BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının tərəf dövlətlərinin 50 prezidenti, 10 vitse-prezidenti, 20 hökumət başçısı və iki vəliəhd şahzadəsi noyabrın 12-dən 13-dək COP29 çərçivəsində Bakıda keçiriləcək Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammitinin yüksəksəviyyəli seqmentində rəsmi bəyanatlarla çıxış edəcəklər.
Baki-Baku.azReport.az“a istinadən xəbər verir ki, bu tarixlərdə dövlət və ya hökumət başçıları milli bəyanatlarla çıxış etməyən tərəflər, 19-20 noyabr tarixlərində keçiriləcək yüksəksəviyyəli bərpa olunmuş seqmentdə bunu edə biləcəklər.
Sammitin ilk günündə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev, Serbiya Prezidenti Aleksandar Vuçiç, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev, Polşa Prezidenti Andjey Duda, Qırğızıstan Prezidenti Sadır Japarov, Belarus Prezidenti Aleksandr Lukaşenko, Bolqarıstan Prezidenti Rumen Radev, Finlandiya Prezidenti Aleksandr Stubb və Avropa İttifaqı (Aİ) Şurasının prezidenti Şarl Mişel və Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayen və digərlərinin çıxışları gözlənilir.
Həmçinin İspaniya Baş naziri Pedro Sançes, Belçikanın Baş naziri Aleksandr De Kroo və Böyük Britaniyanın Baş naziri Kir Starmer, Almaniyanın Kansleri Olaf Şolts və Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi və Baş naziri Məhəmməd bin Salman bin Əbdüləziz Al Səud bəyanatlarla çıxış edəcəklər.
Noyabrın 13-də dövlət və hökumət başçılarının çıxışları davam edəcək. Bosniya və Herseqovinanın rəyasət heyətinin sədri, Monqolustan prezidenti, Braziliya, Tanzaniya və Anqolanın vitse-prezidentləri, Yunanıstan, Xorvatiya, Malta, İtaliya, Gürcüstan, Macarıstan, Albaniya, Pakistan, Rusiya, Niderland, Danimarka və digər ölkələrin baş nazirləri çıxış edəcəklər.

Related Stories

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Bakı, 17 oktyabr, BAKIBAKU Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 17-də Bakı Olimpiya Stadionunun ərazisində COP29-a hazırlıqla bağlı görülən

xəbərlər

Prezident İlham Əliyev Füzulinin işğaldan azad edilməsinin dördüncü ildönümü ilə bağlı paylaşım edib. BakıBaku xəbər verir ki, paylaşımda deyilir: “Zəfər tariximiz

xəbərlər

Azərbaycan Prezidenti cənab İlham Əliyevin Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi haqqında sərancamının

xəbərlər

Ən son

GÜNDƏM

Noyabrın 7-də Yer kürəsini G1 sinfinə aid zəif maqnit qasırğası bürüyəcək.Baki-baku.az RBC.ru-ya istinadən xəbər verir

DİGƏR XƏBƏRLƏR

“COP29 dövründə Bakı metropolitenində gücləndirilmiş iş rejiminin xüsusiyyəti dəyişdiriləcək”.Baki-Baku.az Oxu.az-a istinadən xəbər verir ki, bunu

ƏSAS XƏBƏRLƏR

8 Noyabr – Zəfər Günü ilə əlaqədar olaraq bu gün saat 00:00-dan etibarən Neftçilər, eləcə