Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 07/02/2026

Paylaşın

GÜNDƏM

Bakıda Ukrayna universitetlərinin rəsmi təhsil sərgisi keçiriləcək

Təhsil sərgisi

Bakıda Ukrayna ali təhsil müəssisələrinin iştirakı ilə rəsmi təhsil sərgisi təşkil olunacaq.

Baki-baku.az xəbər verir ki, bu barədə Beynəlxalq Hüquq və Beynəlxalq Əlaqələr Cəmiyyəti İB-nin sədr müavini, “Alijanov Group” MMC-nin direktoru, Jurnalistlər Birliyinin üzvü, hüquq üzrə fəlsəfə doktoru Fürqan Abdullazadə və “INGEK” beynəlxalq təhsil mərkəzin rəhbəri Rüfət Mirzəyev məlumat veriblər.

Sərgi Ukrayna Təhsil və Elm Nazirliyi, Ukrayna Dövlət Beynəlxalq Təhsil Mərkəzi və Ukraynanın Azərbaycandakı Səfirliyinin birgə təşkilatçılığı ilə keçiriləcək.

Tədbirin əsas məqsədi Azərbaycan gənclərini, valideynləri və təhsil mütəxəssislərini Ukraynanın aparıcı ali təhsil müəssisələri və onların müasir tədris proqramları ilə yaxından tanış etməkdir.

Sərgi çərçivəsində iştirakçılara bakalavr, magistratura və doktorantura (PhD) proqramları, həmçinin beynəlxalq ikili diplom layihələri barədə ətraflı məlumat təqdim olunacaq. Ziyarətçilər Ukrayna və ingilis dillərində tədris olunan ixtisaslarla tanış ola, qəbul qaydaları, təhsil imkanları və viza prosedurları barədə universitet nümayəndələrindən birbaşa rəsmi məsləhətlər əldə edə biləcəklər.

Təhsil sərgisi 4 iyulda Bakı şəhərində yerləşən “Hyatt Regency” hotelində (İzmir küçəsi 6) saat 10:00-dan 18:00-dək keçiriləcək.

Tədbirdə iştirak ödənişsizdir və giriş bütün ziyarətçilər üçün sərbəstdir.

Qeyd edək ki, sərgi “Alijanov Group” və “IEC INGEK” şirkətlərinin rəsmi dəstəyi ilə təşkil olunur.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

İyunun 30-da Şəki Dövlət Dram Teatrında talassemiya xəstəliyindən dünyasını dəyişmiş 13 yaşlı Emilin xatirəsinə həsr olunmuş "Onlardan biri:

Ən son

HƏR ŞEYDƏN

Bu, "Turacı" rəqsidir – sözün susduğu, hisslərin isə rəqsin dili ilə danışdığı nadir sənət nümunələrindən

HƏR ŞEYDƏN

Bu, "Turacı" rəqsidir – sözün susduğu, hisslərin isə rəqsin dili ilə danışdığı nadir sənət nümunələrindən
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin